Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

_____________________________________________ İ𝚗𝚔𝚟𝚒𝚣𝚒𝚜𝚒𝚢𝚊* nədir? ( Tanrı və İsanın dialoqu) İsa: İnkvizisiya nədir? Tanrı: Bu, daha bir bitib-tükənməz tarixçədir. İsa: Danış Tanrı: Sən bunu bilməsən yaxşıdır. Əgər bilsən, gələcəkdə baş verənlərə görə indiki həyatında vicdan əzabından əziyyət çəkəcəksən. İsa: Sən əziyyət çəkmirsən? Tanrı: Mən - Tanrıyam, Tanrı isə vicdan əzabının nə olduğunu bilmir. İsa: Əgər mən artıq sənin yolunda ölmək yükünü çiyinlərimə yıxmışamsa, elə sənin vicdanına düşən əzaba da bir təhər dözərəm. Tanrı: Mən səni bu əzablardan qorumağa üstünlük verərdim. İsa: Hə-hə, sən elə mən doğulan gündən ancaq bununla məşğulsan da. Tanrı: Sən bütün övladlar kimi qədirbilməzsən. İsa: Yaxşı, bəsdir, mənə de görüm, inkvizisiya nədir? Tanrı: İnkvizisiya, başqa adla desək, Müqəddəs Tribunal zəruri, vacib şərdir, qəddar bir alətdir və öz zamanında biz onun köməyilə sənin Kilsənin vücudunu bir dəfə və uzun müddətə yaralayacaq murdar bidət bəlasına qarşı mübarizə aparmalı olacağıq. Əsas bəlaya və ondan qaynaqlanam ikinci dərəcəli bəlalara qarşı; Onların sırasına həm cismin, həm də ruhun qeyri-təbii təhrifləri daxildir və əslində, onları iriyə-xırdaya, böyüyə-kiçiyə, ayırmağın da mənası yoxdur. Hamısını bir dəhşətli torbaya doldurmaq lazımdır - lüteranlar, kalvinistlər, yansenistlər, yəhudipərəstlər, sodomitlər, sehrbazlar, cadugərlər və daha kimlər. Onların bəziləri gələcəkdə meydana gələcək, digərləri isə bütün dövr və zəmanələrə xasdır. İsa: Bəs inkvizisiya sənin dediyin bu böyük şərin axırına çıxmaq üçün nə edəcək? Tanrı: İnkvizisiya - axtarış, istintaq və məhkəmədir. Elə buna uyğun da fəaliyyət göstərəcək - tutmaq, məhkəmə qurmaq və hökm çıxarmaq. İsa: Hansı hökm? Tanrı: Zindan, sürgün, tonqalda yandırmaq. İsa: Sən nə dedin? Tanrı: Bəlu, gələcəkdə tonqallarda minlərlə adam öləcək. İsa: Sən artıq mənə o barədə demisən. Tanrı: Yox, elə deyil, bayaq dediklərimi sənə inandıqlarına görə yandırmışdılar, bunları isə şəkk elədiklərinə görə oda atacaqlar. İsa: Şəkk eləmək olmaz məgər? Tanrı: Olmaz. İsa: Bəs, bizə necə, romalıların Yupiterinin ilahi olub-olmamasına biz şəkk eləyə bilərik? Tanrı: Tanrı birdir - mənəm Tanrı və sən də mənim oğlumsan. İsa: Deyirsən, minlərlə adam öləcək? Tanrı: Yüz minlərlə. Tanrı: Yüz minlərlə kişi, qadın... Yer üzü əzablar içində onların fəryadı, iniltilisi, ölümqabağı xırıltısı ilə dolacaq və tonqallarda yananların tüstüsü günəşin üzünü tutacaq. Közün istisində əriyən piy sızıldayacaq və yanmış ət iyindən gizlənmək qeyri-mümkün olacaq... İsa: Mən də bütün bunların günahkarı olacam? Tanrı: Günahkarı yox, səbəbkarı. İsa: Ata, nə olar, qoy bu qismət camı məndən yan ötsün. Tanrı: Sən içməlisən onu - mənim hakimiyyətimin və sənin şöhrətinin rəhni bundadır. İsa: Mənə bu şö𝚑𝚛ə𝚝 lazım deyil. Tanrı: Amma mənə 𝚑𝚊𝚔𝚒𝚖𝚒𝚢𝚢ə𝚝 lazımdır. _____________________________________________ İ𝚗𝚔𝚟𝚒𝚣𝚒𝚜𝚒𝚢𝚊 - Orta əsrlər Qərbi Avropa ölkələrində katolik kilsəsinin keçirtdiyi siyasətin, həmçinin bu siyasəti yerinə yetirən təşkilatın adıdır. İslahatlara dözümsüzlük nümayiş edən katolik kilsəsi geniş şəkildə "kafirlərə" qarşı repressiyalar kampaniyasına vüsət verirdi. Əsasən İspaniya, Fransanın cənub qərbində, İtaliyanın və Almaniyanın cənubunda geniş tətbiq olunurdu. Mütərəqqi insanlar dinin ehkamlarına zidd təbliğata görə müxtəlif işgəncələrə məruz qoyulur, diri-diri tonqallarda yandırılırdı. İnkvizisiya tərəfindən öldürülən məşhurlar arasında Cordano Bruno, Yan Qus, Janna Dark və bir sıra başqaları var. _____________________________________________ şö𝚑𝚛ə𝚝 𝚟ə 𝚑𝚊𝚔𝚒𝚖𝚒𝚢𝚢ə𝚝 - Tanrı ilə İsa arasında olan sözləşmə. Yəni Tanrı İsaya ölümü qarşılığında şöhrət və hakimiyyət verəcək. Bəs ölümündən sonra şöhrət və hakimiyyət İsanın nəyinə gərək idi? Tanrı şöhrətinin çoxalmasını, ona daha çox insanın ibadət etməsini, qurban verməsini istəyirdi. Buna görə də İsanı yerdəki oğlu və köməkçisi etdi. Yaxşı, bəs bir sual da yaranır: Niyə Tanrı insanları özü özünə tabe etmir ki? Tanrı bunu etməyə qadir deyil mi? Təbii ki, buna qadirdir, lakin digər Tanrılarla bağladığı sözləşməyə görə bunu edə bilməzdi. Həmçinin, bir misal gətirək: bir insan çox ağır bir xəstəliyə yoluxur, əgər Tanrı onu özü sağaltsa, o insan düşünəcək ki, bunu özü bacarıb, bu xəstəlikdən özü sağalıb. Elə buna görə də, özünə yerdə bir köməkçi yaratdı və bu da İsa idi. İsaya müxtəlif möcüzələr verəcək. İsa bununla insanlara kömək edəcək, onları sağaldacaq və bununla da İsanın və onun Tanrısının şöhrəti artacaq. İsanın köməyi ilə yeni bir din yaradacaq və insanlar da bu dinə sitayiş edəcək. Və yeni bir kilsə yaranacaq və onun adı “𝚔𝚊𝚝𝚘𝚕𝚒𝚔” kilsəsi olacaq. Amma bu kilsə özünə Tanrını yox, İsanı mənəvi nümunə sayanların bölücülüyünün, ayrı-seçkiliyinin qarşısını ala bilməyəcək. Amma bu da bir neçə min il çəkəcək. Yəni qısaca, desək, şöhrət Tanrıya lazım idi, hakimiyyət isə qısa müddət də olsa, İsaya aid olacaq. İsanın isə sonu çox insan tərəfindən bəllidir, çarmıxa çəkiləcək. _____________________________________________ “𝚔𝚊𝚝𝚘𝚕𝚒𝚔”lik və ya Katolisizm(ing. Catholicism) -Xristian dininin bir cərayanı. Dini cərəyanın teologiya və doktrinalarını, onun mərasim, əxlaqi, mənəvi və davranış xüsusiyyətlərini, bütövlükdə həmin dinin mahiyyətini əhatə edir. _____________________________________________
José Saramago
José Saramago
İsanın İncili
İsanın İncili
·
62 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.