Gönderi

104 syf.
10/10 puan verdi
·
3 günde okudu
Kim deyir ki, uşaqlar heç nə bilmirlər? Biz uşaqlardan çox şey öyrənə bilərik. Onlar hələ təmizdirlər. “sən uşaqsan, otur uşaq yerində!” kimi səhvlərə yol verməmək lazımdır. Bu əsər sanki böyüklər və kiçiklər arasında olan heyrətamiz dialoqdur. Böyüklər də uşaqların həyatında inanılmaz dərəcədə mühüm rol oynayır. Bunu bir cümlə ilə ifadə edim: axı uşaqlar həyat haqqında ilkin məlumatları böyüklərdən alırlar.... Balaca Şahzadə kitabı 27 bölümdən ibarətdir. Hər bölümdə bizə çatdırılan hadisələr, düşüncələr, əlaqələr kitabın “dostluq vasitəsi ilə məğlub edilən yalnızlıq” əsas mövzusunu müxtəlif tərəflərdən tamamlayır. Sevgi, dostluq və xoşbəxtlilə bərabər içinə qapanmaq və yalnızlıq. Balaca Şahzadənin planetini tərk edib 6 planetə səyahət etməsi zamanı qarşısına çıxanlar, böyüklərin həyatını tərənnüm və tənqid edir. Hər planetdə bir nəfər yaşayır ki, yazıçı burda bizə tipik böyüklərin yaşamlarının necə monoton olduğunu və nə istədiklərini bilmədiklərini çatdırmaq istəyir. Balaca Şahzadə onların nə işlə məşğul olduqlarını öyrənmək üçün onlara suallar verir, cavablar alır və öz fikirlərini bildirir. Amma hamısında görünən ortaq xüsusiyyət var: özünə qapanmışlıq və yalnızlıq. Yəni Balaca Şahzadənin rastlaşdığı insan tipləri real həyatda tez-tez rastlaşdığımız tipləri simvolizə edir. Səyahət müddətində biz hakimiyyət, şöhrətpərəstlik, depressiya və bəzi insanların həyatlarının absurdluğuna aid işarələr alırıq. Balaca şahzadənin ən son gəldiyi və ən uzun müddətli qaldığı planet Yer planetidir. Burada o, öz planetində tərk etdiyi gülü üçün darıxır və bu da dostsuzluğun, yalnızlığın pik nöqtəsidir. Sahib olduqlarımıza zamanında dəyər verməyimiz üçün düşündürücü digər bir məqamdır. Ümumiyyətlə əsərin kuliminasiya nöqtəsi Balaca Şahzadənin minlərlə gül sahəsini gördüyü anda, insanların monoton və darıxdırıcı, çox şeydən məhrum olmuş həyatlarını və həyata aid bir çox məqamı, öz fəlsəfi anlatım tərziylə bizlərə və balaca şahzadəyə çatdıran tülkünün gəlməsi təşkil edir. Bu məqamda biz Sant - Exupery'nin bizə çatdırmaq istədiklərini, psixologiyanı istifadə edərək necə ustalıqla çatdırdığını görürük. Əhliləşdirmək və dostluq anlayışları aydınlaşdırılır və hamımızı düşünməyə çağırır. Biz dost kimlərə deyirik? Biz dostlaşmaq deyəndə nəyi nəzərdə tuturuq? Bəs yaxşı əhliləşdirmək nə deməkdir? Nə dərəcədə düzgün anlayışdır? Əhliləşdirmək anlayışının mövcud olması insan eqoizminin sübutu deyilmi? Əsəri bitirdikdən sonra yazarın fərdi üslubu, bədii sənətkarlıq imkanları və yaradıcıllığının özünəməxsusluğu məni heyran etdi. Yazıçı hər şeydən əvvəl uşaqlıq dövrünü mükəmməl tanıyır. Öz uşaqlığını yaşamaq üçün darıxır və həmin illərə heç bir duyğusal əngəl olmadan qayıda bilir. Balaca şahzadə bu üç xüsusiyyətin yazıçının bədii ifadə istedadı ilə birləşməsinin məhsuludur. Çox bəyəndim və digər əsərlərini oxumağa çalışacam.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Nilüfer Yayınları · 2017237,2bin okunma
··
24 görüntüleme
Gulaye Alizade okurunun profil resmi
Bu əsərin yeri mənimçün çox fərqlidi.Hər il bir dəfə oxuyuram❤️ bəyənmənizə sevindim☺️
Əhmədova Gülarə okurunun profil resmi
Təşəkkürlər
Əhmədova Gülarə okurunun profil resmi
Kitabı azərbaycan dilində oxumusunuz yoxsa türk dilində? Ümumiyyətlə hansı dildə oxumaq daha məsləhətlidir?
Rahib Eyvazov Θεόδωρος okurunun profil resmi
Mən türkcə oxudum. Mən daha çox türkcə oxuyuram
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.