Gönderi

Vahid Əziz
Səs gəldi… O gün gördüyümü suya danışdım, röyamda görmüşdüm "yar atdı məni". Bu gecə gülşəndə qarşılamışdım - yuxular yenə də aldatdı məni. Qismətim çeşmədə batan daş kimi, heç zaman suların üzünə çıxmır. A yuxum, hər cürə yozuram səni, gerçək olanlar da düzünə çıxmır. Bir əlimdə ürək, bir əlimdə bel - gözəl sevgimizə saray hörürəm. Gözümü açanda yanağımda sel, kipriklər ucunda şəbnəm görürəm. Hardasan, ay gedib ümid sındıran? Səs gəldi: "Xəyalam, şirin arzuyam", Axı mən özüm də ürək yandıran, özüm də kiminsə yuxusundayam…
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.