Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

177 syf.
8/10 puan verdi
🖋Gələcək haqqında düşünə bilmirəm. Nə olduğunu, nədən yarandığını bilmirəm. Bu yaşıma qədər gələcəyi fikirləşib xəyallar qururdum. Hər gün bir az daha sehrini itirən o mübhəm şeyə kifayət qədər yaxınlaşmışam. Artıq bu nöqtədə dayanmaq istəyirəm. Qadınların həyatından bəhs edən kitablara marağım bir başqadır. Çünki onların hiss etdiklərini, düşündüklırini, yaşadıqları həyatı, biz qadınlar bir hissəsini də olsa həyatımızda yaşayırıq. Fəriba Vəfinin yazdığı “Zirzəmi quşu” romanını da ona görə sevərək oxudum. Əsər demək olar əksər qadınların gündəlik həyatında baş verən həqiqətləri əks etdirir. Roman, adsız bir qadının monoton ailə həyatından bəhs edir. İki uşağı olan 35 yaşlı qadının düşüncələrini, hisslərini, qayğısızlığını, susqunluğunu oxuyacaqsız bu romanda. Uşaqlığında belə öz anasının, atasının qayğıları, problemləri ilə böyüyən bu qızcığaz,ailə qurandan sonra belə yenə də ailə istisinə, ər qayğısına möhtacdı. Təsəvvür edin ər dediyiniz insan sənə “sənin qarnın böyükdür”, “qolların ətlidir” deyir və səni görünüşün ilə sözlərlə əzir. Özünüzü o qadının yerində təsəvvür etdiniz?? Hətta orda belə bir cümlə var “Arvadına “ehey” deyə çağıran bir adam niyə də ölməsin?” O qədər incə ruha sahibdir ki, bu ana hətta, öz hisslərini heç kimə birüzə verə bilmir. İçində boğula-boğula yaşayır, ancaq uşaqların qayğısı ilə məşqul olur. Özünün qadın kimi həyatda heç bir istəyinə çata bilməyən, öz-özünə məhkum olan, susqunluğu ilə özünə yad olan bu qadının həyatını oxuyun. Kitabın sonunda roman haqqında kiçik təhlilin olması çox xoşuma gəldi. Sonda isə arxa qapaqda yazılan Mustafa Məsturun fikirlərini yazmaq istəyirəm. “Zirzəmi quşu”nu düşünürəm ki, hamı oxumalıdır. Gərək bu kitabı kişilər qadınlardan, evlilər subaylardan, subaylar da evlilərdən daha çox oxusun”. Xoş mütaliələr.
Zirzəmi Quşu
Zirzəmi QuşuFeriba Vefi · Parlaq İmzalar · 2002143 okunma
·
113 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.