·688 syf.····Okunma: 09 Eylül 2020 16:42 Adətən kitab alan zaman kitab haqqında maraqlanmıram. Kitabın adını bilmək bəs edir, bu kitabında eynən adı maraqlı gəldi. Maraqlı olacağını bilirdim. Çox maraqlı bir kitab idi. Kitabın fəsillər (paraqraf demək olar) şəklində olması daha yaxşı idi (59 fəsildən ibarət idi). Çünki mən kitabı hər dəqiqə oxumağı dayandıran biri deyiləm, eyni zamanda belə fəsillərdən ibarət olduqda, insan sıxılmır və bezmir, oxumaq daha rahat olur.
Bəziləri deyirdi ki, kitabın sonunu yaxşı anlamadım. Mənə kitab çox rahat gəldi və mövzunu anladım da, Kitabın mövzusu ilə bağlı yazmaq istəmirəm, çünki çox uzun olacaq. Kitabın sonu kədərli idi və “kaş bitməsəydi” deməyəcəm, çünki artıq bitib.