-Sənin yanında danışmağa ehtiyac duymuram.Elə bilirəm ki,ruhum sənin yanında tam çılpaqlığı ilə qərar tapmışdır.Və sən mənim ruhumda mövcud olan bütün yaraları görür,onlara öz baxışlarınla toxunursan.Mən istəsəm də,səndən gizlənə bilmirəm.Əvvəllər mən bilməzdim ki,insana həyatda yaşamaqdan bezdirəcək qədər böyük bir zərbə vurmaq mümkündür.Səninlə hər ünsiyyətdən sonra qəlbimin buzları altında donmuş ağrılı hisslərim oyanmağa başlayır və mənə yaşamaq daha da çətin olur.Digər tərəfdən də,səninlə ünsiyyət mənə rahatlıq gətirir.Bilmirəm,bəlkə ,hamıdan gizlətdiyim qəlbi yaralarımı sən aşkar etdiyin üçün mən bu qədər əziyyət çəkirəm.Sonra da sən onları mahir bir təbib kimi müalicə edirsən,bu isə mənə rahatlıq gətirir.Qəlbim əridikcə,hislərim canlandıqca,göz yaşlarım sanki yenidən qayıdır və mən ağlayaraq içimi boşaltmaq istəyirəm.Mən sənə qədər bu halıma adət etmişdim.Hislərim də,həyatım da eyni idi.İndi isə hər şey dəyişir.Həqiqətən də hər şeyi sən dəyişirsən...☆