Gönderi

Şuşa bugün səslər məni Laçın, Xocalı daim gözümün önündə 30 ildir əsir qalıb bu torpaq Ana dilində pıçıldayır, dərdini hayqıra bilmir! Qarabağ Azərbaycanın bir küncünə qısılıb gecə-gündüz ağlayır oğul! qan gəlir gözlərindən, Bakıdan başlayır gözyaşı , sel olur bütün türk diyarından axır! əliqanlı, sözüqanlı cəllad gəzir çünki torpağı üzərində 3 rəngli bir bayraq boşluğu var səmasında. Ama torpaq ana dilini unutmayıb oğul! Sənə sənin dilində çağırış edir bugün! Qarabağ səni səsləyir bugün oğul Nə durmusan evdə?! Nə oturmusan isti yerində?! Qov bu torpaqdan düşməni Sənin öz evindi bu torpaq sənin öz evindi Qarabağ Düşmən sənin evindədi oğul! Adı dəyişdirilir türk elinin Tarixi saxtalaşdırılır qədim yurdun Tarixə yenidən hökm et, qanınla yenidən yaz oğul! Yaz ki gələcək nəsil duysun tarixin qan qoxusunu , duysun ki dəyərini bilsin! Yaz ki bugün ağlından silinməsin heç vaxt Gələcək sərgiləsin ölkənə xain nəzər salanın fəlakət keçmişini bütün kitablarda ! Şəhid qanı ilə bəslənən ayrılıq 30 yaşını qeyd edir bugün! 30 ildir torpaq gözünü sənə dikib oğul! Ama yetdi artıq! Gün sənin günündür, sil gözyaşını bu ana diyarın, ayrılığı qanına qəltan eylə əlinlə ! Ədalət bugün sənsən oğul! Ədaləti özün yarat gücünlə! (C) #karabağ #qarabağ #azerbaycan 🇦🇿🇹🇷!
·
13 görüntüleme
Gulaye Alizade okurunun profil resmi
Qarabağ Azərbaycanındır!🇦🇿🇦🇿
Sunayceferli okurunun profil resmi
Bugünün şərəfinə🥂🇦🇿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.