Gönderi

288 syf.
9/10 puan verdi
·
Read in 4 days
Xoş mütaliələr...
Gəlin, həyatımıza nəzər salaq... İnsanların 90%-i günlük qayğılar, maddi çətinliklər, şöhrət, heçkimdən geri qalmama çabası ilə günlərini keçirdir. Bunlar çox mu önəmlidir?! Xeyr! Əslində hər kəs ona verilən həyatı qəbullanıb çevrəsində "cənnət" yarada bilər. Dino Bussotinin "Tata çölü" romanında çox incə məqamlara toxunub. Orada təsvir olunmuş qala, elə yaşadığımız bu həyatı təmsil edir, mənə görə. O qalaya leytenant, hərbçi kimi gedənlər əvvəllər bundan razı olmasalar da, sonradan oranı tərk etməkdə çətinlik çəkirdilər. Nə idi onları orda saxlayan?! Şöhrətmi, hansısa igidliyə görə ad qazanmaq mı?! Məsələn, Covanni Droqo qaladan öz evlərinə tez getmək üçün günlərini saysa da, qərarını bir anın içində dəyişir. Onun fikrincə, qalada hər an nəsə dəyişiklik ola bilər. Bu düşünce ilə qalada illərini qurban verir. İllər sonra evinə dönən Covanniyə hər şey yadlaşmışdı. Hətta doğma anası belə. Çox təsirlidir elə deyil mi?! Böyük bir sevinclə evinə gedirsən, ama gördüklərin səni böyük xəyal qırıqlığı yaşadır. Yazıçı təbii lövhələrlə bəzən obrazların keçirdiyi hislərdən arzulardan bəhs edir. Elə o zaman anlayırsan ki, "pəncərədən sənə gülümsəyən bir qız", bahar fəslində açan çiçəklər, ailənin doğmalığı bu qalada qalıb dəyişiklik gözləməkdən, şöhrət qazanmaqdan qat-qat artıq idi. Covanninin yanlışı sadəcə olaraq, nələrinsə dəyişəcəyini oturub gözləmək idi. Düşünürəm ki, insan arzular, xeyallar qurursa, həyata keçməsi üçün mübarizə aparmalıdır. Leytenant Anqustino rəngarəng, gözəl arzulardan çoxdan əl çəkənlərdən idi. O surət mənə bunları öyrətdi: İnsan layiq olmadığı, məcburən yaşamağa məhkum olduğu həyatdan tez bir zamanda gərək ki, ayrılsın. Yoxsa bu həyat onu içinə çəkib məhv edəcək. Onun qaladan ayrılan dostu Anqustino'nu özü ilə getməyə məcbur etsə də, o getmir. Öz hisləri ilə baş edə bilmir. Onu da qeyd etmək istərdim ki, roman yazarın dili ilə danışılır, təhkiyə, obrazların canlandırılmasında əskiklik görmədim. Əsərdə diqqət çəkən noans odur ki, Leytenant Anqustino'nun ölümünü bir neçə gün əvvəl yuxusunda Covanni görür. Və yazar uğurlu şəkildə baş verənləri bir-biri ilə əlaqələndirməyi bacarır. Mənim sevmədiyim hissə isə yazıçının Anqustino'nun ölümünü yazdığı zaman mötərizədə Covanninin yuxusunu qeyd etməsi oldu. Çünki, əsərlərdə sevdiyim bir şey gizlilikdir. Ona görə ki, oxucu bu zaman düşünməyə məcbur olur...
Tatar Çölü
Tatar ÇölüDino Buzzati · Qanun Nəşriyyatı · 013.3k okunma
··
61 views
Murad Kazımov okurunun profil resmi
Kitabı oxumamışam amma qaladakı hərbçilərin nə hiss etdiyini başa düşürəm. Bu cümlənizi biraz açıb aydınlaşdırsaq fikrimi başa sala bilərəm: "Elə o zaman anlayırsan ki, pəncərədən sənə gülümsəyən bir qız, bahar fəslində açan çiçəklər, ailənin doğmalığı bu qalada qalıb dəyişiklik gözləməkdən, şöhrət qazanmaqdan qat-qat artıq idi." Qalada(məhdud çevrədə, bunlara əlin çata bilməyəcəyin zaman) qalmağın özü elə bu yuxarıda sadalananlara həsrət duyğusu yaradır. Amma onlara ulaşanda artıq insanda bu duyğudan əsər-əlamət qalmır. Qəribə də olsa hərbi xidmətdə olanda hamı evi, ən kiçik şey üçün belə darıxır. Amma evə qayıtdıqdan bir müddət sonra keçmiş arzularını unudur.
Kamran İsazade okurunun profil resmi
Bu kitabı oxuyub bitirdikdə "Bu nə kitab idi? Monoton süjet xətti, fəlsəfi fikirləri olmayan bir kitab" deyib keçdim. Bu kitabdan sonra onlarla kitab oxudum, amma fikrim həmişə bu kitabda qalmışdı. Dino Buzzati "İtalyan ədəbiyyatının Shakespearei" adlandırılır və düşündüm ki, həqiqətən də, kitabda duyğular, hisslər o qədər mükəmməl izah olunub ki, sanki o qalada olanlardan biri mən idim və bütün hadisələrdə mən hər şeyi izləyirdim. Doğrudan da, müəllif kitabdakı hər bir obrazların duyğularını əla şəkildə ifadə edib. Bir sözlə, əla! 😍
Salman Ferzelıyev okurunun profil resmi
Fikirlərinizə hörmətlə yanaşıram,amma məncə bu kitab vaxt itkisidi
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.