Gönderi

Çox gedənlər var, ənn gedənlər, hər kəs yarım qalır məndə
✿๑♬ Yanımda olsaydın, səni hiss etsəydim, naif ruhuna toxuna bilsəydi ruhum əvvəlkitək, heç nə bu qədər incitməzdi, ana ... Mənim Sibylle'im bu gecə daha çox sənsən, daha da səni xatırladır, çox ağrıyıram, düzəlmirəm, olmur sənsiz, günü-gündən daha çox bəsitləşirəm ... Gözləyirəm səni, bu gecə də, gəl, öyrət o yarım qalmış notları mənə, o xəyali dərslərə çatdıra bilməyib gec oyanım, həmin səhərlər pianoya bir də nifrət edim. Yenidən. və yenidən gəl... Gəl qucaqlaşsın ruhlarımız bu röyalarda. Yuxular məndən betər darıxır səninçün, Anacan... Ahmet Kaya posterinin yan ucundakı saatın əqrəblərinin üstünə yazdığım "sənsizlik" yazısından gözlərim asılı qalaraq hər gecəni gecələyir, hər sabahı sabahlayır. Gəl... Ruhum isinmək istəyir. Unutmuram sənə verdiyimiz sözləri, mən axı "qəlbən hiss etdiklərimi tez, hissləri ruhən yaşadıqlarımı isə heç vaxt unutmuram"; - səndən sonra otağı daha çox isidirik. amma laap çox üşüyürük. Sırf bunu sübut etmək üçün bacımla hər gecə dalaşırıq - Bizim ruhumuz soyuqdur, hər gecə sobayla əlləşməyin nə mənası? Bilirəm, hə, mən soyuğu sevirəm, qışı sevirəm, lap doğrusu "istiyə tab gətirmirəm" - bacım bu sözləri hər dəfə səni xatırladanacan deyir, bundan narahat olma. Sən gəll bu gecə o yuxuya.. Biz neçə geceler keçiririk, bir-birimizdən xəbərsiz yatağın dibində səsimizi boğub ağlayaraq. Bir ssenarilik, bir yuxuluq Qayıt evimizə. Səni son dəfə evimizdə görməyə bütün qalan ömrüm qurban versəm də bəs etməz. Əzizim, gəəəl gəəəl gəlməyiini istəyirəm, gəl isit bizim soyuq ruhumuzu. Gəl evimizə. Dol ruhuma... Bomboşam... Bomboş. Qucaqla məni, ört gözlərimi, hiss edirəm o nəfəsini - "sabah dərsə oyanacağ(d)ıq, gecikmə"... Tələsməyi sən öyrətdin mənə, əsl tələsməyi, mən indi qorxduğum üçün hamıya gecikirəm, hamı da mənə. Sənin bizə tələsdiyin kimi. Çox tələsdin, əzizim. Heç nəyə məhəl qoymadan səni bizə qaytarmaqçün mübarizəyə davam edirəm. Sibyyy ? Sən yenə onu andırdın? Wee had change of the moooon, weeee had change of the moon ✿๑♬
·
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.