Gönderi

400 syf.
9/10 puan verdi
Spoilər ola bilər
Kitabı bir neçə saatdı bitirsəm belə hələ də kitab qarşımda boş boş baxıram. Sonunun belə olacağını və bu qədər mənə təsir edəcəyini düşünmürdüm... Yazıçı kitabda kasıbçılığı, çarəsizliyi, iradəli olmağı, ümidləri, sevgini elə gözəl ifadə edib ki, Martin obrazını oxuduğumuz zaman onun keçirdiyi hissləri sizdə onunla bərabər yaşayırsınız. Martindən sonra sevdiyim obraz Brissenden oldu. Fikirləri, düşüncə tərzi Martinə xoş təsir edirdi. Həmçinin mənə də və mənim üçün yadda qalan obrazlardan oldu. Martin zəhmətkeş, kasıb və sadə bir matros olur. Ruf isə burjua cəmiyyətinin kübar dailərinə mənsub, varlı və ali təhsilli bir qız idi. Rufun qardaşı sayəsində Martin Rufla tanış olur və ilk baxışdan qıza heyran olur. Lakin onlar arasında bir çox sosial fərqlər var idi. Martin bu fərqləri aradan qaldırmaq üçün öz üzərində çalışmağa və dəyişməyə başlayır. O gecə-gündüz, bir çox zaman ac-susuz gərgin vəziyyətdə işləyərək öz romanlarını qələmə alır. Martin bütün uğursuzluqlara baxmayaraq inamını itirmir, sevgilisi Ruf belə ona dəstək olmayıb tərk edir. Nəhayət bir gün qələbə çalaraq məşhur bir yazıçıya çevrilir. Məşhur bir yazıçı olduqdan sonra isə vaxtı ilə onu sevməyən hörmət etməyən insanlar belə onunla yaxın olmağa çalışır. Lakin bütün bunlar Martin üçün artıq əhəmiyyət kəsb etmir və boşluğa düşdüyünü hiss edir... Kitabın əvvəllərində Ruf obrazını sevirdim amma kitab irəlilədikcə obraza qıcıq olmağa başladım.Martinin sevgisinə layiq deyildi. Martinin dediyi kimi :"Martinin qadını olmağa cəsarət etmək üçün sizin məhəbbətiniz lazımınca qüvvətli deyildi." Martin üçün artıq həyat cansıxıcı idi. 'Həyata can atmayan adam ölüm yolları axtarır.' Və çıxış yolunu intiharda görür...
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201793.1k okunma
·
79 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.