Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

328 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
Azərbaycan dilində:)
Sabahattin Ali "İçimizdeki Şeytan" Sabahattin Ali bu əsərində hadisələrin sıradan başlanğıcı ilə ilk öncə oxucunu düşünürdürür. Kitabdan olan obrazın (Nihat) sözü ilə desək: "akraba sevişmesinde ibaret olan hadisə". Yazıçının qələmə aldığı Ömərlə Macidənin münasibəti sıradan tanışlıqla başlayan ve sonradan qohum olduqları bəlli olan hadisələrlə cərəyan edir. Əsəri mənalı edən, məncə,yazıçının heç də qeyri-adi olmayan bu münasibətlə insanın daxili aləmini açması, ruhunu çılpağlığı ilə göstərməsidir. Hər bir insanın əslində göründüyü kimi "düz, sade" olmadığını obrazların iç sesiyle, düşünceleri ile bizə yazıçı bunu bildirir. Kitabi oxuyarken her obrazda özünüzə yaxın bənzərliklər tapa bilersiz) .Obrazlar Kitabda yadda qalan obrazlar mence Ömər, Macidə, Bedri, Nihat. -Kitabın baş obrazı olan Ömeri əslində çoxda seve bilmədim. Ömərin içimizdə şeytan adlandırdığı bu hisslərin- tembellik, acizlik, iradesizlik, bilgisizlik olduğunu sonda özüdə etiraf edir. Men bir oxucu kimi bunu en başda düşünürdüm ve kitabın sonunda Ömerin bunu etiraf ede bilməsi məni sevindirdi. -Macidə öz qərarlılığı, sebri, ciddiliyi ilə ön planda olan bir obrazdır. Bedriye olan hissleri ise hər kəsin "mükemmel" olmadığını bizə sübut edir. Medicenin Bedriye aid fikirleşdiyi bəzi şeylər məhz Ömerin içimizdəki şeytan adlandırığı hisslerle eynidir. Bununla hər birimizin dəriyliyində bir səsin- bir seytanın olduğunu görürük. Lakin bu şeytanin sesini boğmaq, içimizdən söküb atmaq bizim əlimizdədir. Məhz elə buda bizim şexsiyyetimizi, kim olduğumuzu belli edir. -Bedri menim bu kitabda en sevdiyim obraz oldu. Onunda içindeki şeytanı boğmağa çalışdığını Macideye olan hisslərində görə bilərik. Lakin kitabın başından etibarən Bedriyle Macideni birlikde görmək isdəməyimə baxmayaraq sonra birləşmələri heç də ürəy açıcı olmur. Kitabda ümumi olaraq her kesin içində yaxşı və pis tərəflərin olduğunu görürük və məncə həyatda da budu. Ən yaxşı insan dediyimiz canlı belə ağlımıza gəlməyəcək şeylər düşünə bilər. Lakin bizim necə biri olduğumuzu, hansi insanı dəyərlərə malik olduğumuzu, humanist və ya qəddar olduğumuzu içimizdəki şeytanı nə qədər idarə edə bildiyimiz bəlirləyir.
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Aperatif Kitap · 2019171,3bin okunma
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.