Puan vermedi·504 syf.····Okunma: 05 Şubat 2020 23:26 -Bizim mədəniyyətimizdə qadınla ikinci cins kimi rəftar olunur. Subyekt hesab olunan yanlız kişi idi. Qadınsa kişinin obyekti vəziyyətinə gətirilmişdi. Bununla da qadının öz həyatına görə məsuliyyəti də onun əlindən alınmışdı.
-Sonra?
Qadın bu mənsuliyyəti yenidən özünə qaytarmalı idi. Özünə yenidən sahib olmalı, öz şəxsiyyətini kişi asılılığından qurtarmalıydı. Çünki qadını əzən təkcə kişi deyildi. Qadın öz həyatına görə mənsuliyyət daşımaqdan imtina edərək özü-özünü əzirdi.
P.s sondan iki sətirlə qarşılaşmam bu kitabla tanışlığıma səbəbiyyət verdi. Təsirlənmişdim, daha ilk andan fərqli bir dünyaya ayaq basacağımı bilirdim, amma bu dərəcədə olacağını təxmin belə etmirdim.
#Ruhunuzda sarsıntılar oyadacaq, bilgəlik qatacaq kitablar silsiləsindən