Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

216 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 saatte okudu
Sufizm məktəb vaxtı Nəsimidən danışılarkən diqqətimi çəkmişdi.Öz düşüncəsindən imtina etməkdənsə , ölümü seçəcək qədər bağlı olduğu bu ideologiyaya hər zaman bir yaxınlıq və maraq hissi duymuşdum. Universitet həyatımda bu maraq artıq araşdırmaya çevrildi. “Aşk” romanında Mövlanə və Şəms dostluğunu oxuyarkən bir daha sufizmə maqnit kimi çəkildim.Ardı ardına bu yöndə kitablar oxudum. Və sufizmdən mənəvi rahatlıq və zövq aldığımın fərqində oldum.Bugün bu kitab vasitəsilə bir daha araşdırmamı davam etdirməli olduğumu hiss etdim.Nə qədər sufizmdən uzaqlaşdığımı düşünsəm də kainat bir şəkildə məni ona tərəf aparır.Kitab orta dərəcəli bir kitab olsa da oxucuya mənəvi zövq aşılamağı bacarır.Ümidin var olduğunu,kədərin ,üzüntünün də insan həyatının əvəzsiz parçası olduğunu unutmamağı göstərir. Həyat uzun səyatdir, o səyahətdə saysız insanlarla qarşılaşırsan .Bəziləri yolun başında qalır, bəziləri yolun ortasında,bəziləri isə sona kimi sənlə addımlayır.Bu insanların hər biri sənin səyahətində formalaşmağına ,özünü tapmağına kömək edən “bir vasitəsidir”. Hər zaman birilərinə yaxınlaşdığını düşünsən də ,özündən başqa heçkimə yaxınlaşmırsan.Kitabın adında qeyd olunduğu kimi “Heç bir qarşılaşma təsadüf deyildir” .Bugün bunu bir daha “hiss etdim” . Zəncirvari hər yaşanan hadisə bir-birinə bağlıdır.İşarətlərə diqqət edə bilsək həyatın nə demək istediyini anlayarıq.İşarətləri görmək ümidilə
Hiçbir Karşılaşma Tesadüf Değildir
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20215,9bin okunma
·
75 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.