Gönderi

223 syf.
10/10 puan verdi
İlk dəfə "Obskur kamerası" adı ilə işıq üzü görən bu mükəmməl əsər,sonradan ingilis variantı olan "Qaranlıqda gülüş" adı ilə çap edilməyə başlanmışdır.Obskur kamerası gizli kameradır.Qutu şəklində olan bu aparatın çölündə olan deşik vasitəsilə ətrafdakı xəyal qutunun içindəki aparata əks olunur.Qısacası,metaforalara böyük üstünlük verən və onları ustalıqla istifadə edən Nabokov bu adı da xüsusi ifadəsinə görə seçmişdir.Artıq yazarın oxuduğum ikinci kitabı olan bu əsər məni dərindən sarsdı,xəyal qırıqlığına uğratdı,məni dağın başına dırmaşdırıb ordan yerə itələdi.Amma bu əsəri pislədiyim və ondan həzz almadığım mənasına gəlmir.Əsər,hətta,məni əsəbiləşdirirdi.Bu isə aylardır ki,kitab oxuyanda hiss etmədiyim hiss idi.Nabokova ikinci dəfə heyran qaldım... Baş qəhrəmanlar böyük sənətşünas,rəssam Bruno Kreçmar,onun arvadı Anneliza,Annelizanın qardaşı Maks və əsəri oxuduğunuzda tanış olacağınız digər xarakterlərdir.Əsərdə xəyanət mövzusu üzərində işlənmişdir.Bəzən elə hadisələr olur ki,onları qabaqcadan təsəvvür etmək və onlar haqqında fikir yürütmək olur.Ancaq bu Nabokovun əsərlərində demək olar ki,imkansızdır. Ağılsız ehtiras...Nəfs...İnsan beynindən bilavasitə asılı olan bu hiss insanın bədəninə,qısa müddətdən sonra həyatına necə hökm edə bilər?İnsan bu hissi öz üzərinə köçürmək istəyəndə bu hissin cılız olduğunu ifadə edə bilər.Ancaq bu hissi bilavasitə öz qəlbində,beynində hiss edən bir insan ondan necə xilas ola bilər? Böyük şairimiz Bəxtiyar Vahabzadənin bu sözlərini xatırlayıram:"Hər kəsin ürəyindən Allaha bir yol gedir.Bu yolda biganələr:özünə biganədir.Özünü aşmaq üçün,özünü aşmaq...Bu fəlsəfədə belədir:yəni özündən yuxarı qalxmaq,özünü aşmaq,öz cismindən yuxarı qalxmaq,ruha qalxmaq.Özünü aşmaq üçün,haqqa ulaşmaq üçün,gərək,öncə aşasan "nəfs" adlanan dağları.Bu işdə insana birinci mane olan nəfsdir.Böyük adamlardan biri deyib:"Allahım,sən məni nəfsimlə baş-başa buraxma,məni nəfsimə qul eləmə".Bu çox mühüm məsələdir.İnsanın başına nə gəlirsə nəfsdən gəlir.İnsan nəfsini öldürə bilsə;yüksəlir,ucalır,mənən ucalır,mənəviyyatı ucalır,yüksəlir." Kreçmar və arvadı çox xoşbəxtdirlər.Onların gözəl bir qız uşağı var.Arvadı hər gecə işdən evə gələndə Kreçmara yollanmış məktubları oxuyur və mənasız,gülünc bir məktub gördükdə ikisi də qəhqəhə çəkərək gülməyə başlayır.Nahar süfrələrinə Annelizanın sadiq qardaşı Maks da qoşulur.Kənardan baxanda xoşbəxt ailə imajı verən bu ailədə və bu ailənin üzvü Kreçmarda daha öncə arvadına xəyanət eləmədiyi fikirləri oyanır.Hər dəfə özünə xoşbəxt olduğunu deyən və əlində var olanlarla xoşbəxt olmaq lazım olduğunu özünə hiss etdirmək istəyən Kreçmarın ehtirası onu köləyə çevirir.Və əsər Kreçmarın etdiyi ruhsuz hərəkətləri,onun ehtirasındakı axmaqlıqları ifadə edir. İnsan xoşbəxt olduğunun fərqinə varmalıdır.Xoşbəxt olduğumuz üçün yox,xoşbəxt olduğumuzu bildiyimiz üçün rahat və vicdanlı həyat yaşayarıq.İnsan isə xoşbəxt olduğunu sadəcə yaşadığı pis günlər zamanı xatırlayır.Sanki tale bizə əzab vermək üçün bədbəxt günlərimizdə yaşadığımız xoşbəxtlikləri gözümüzün önünə gətirib,bizdən üzr istəməyi tələb edir.Amma yenə də bu qırılmaz zincir kimi davam edir və insan hər şeydən dərs çıxardığını ifadə etsə də,bu səhvləri yenidən dönə-dönə təkrarlayır. Bəs insanın həyatda ehtirasa görə itirə biləcəyi ən böyük varlığı nə ola bilər?Bu,əlbəttə,insandan insana dəyişən bir cavab olardı... Personajlarında ruh olmayan Nabokovun bu əsərini şiddətlə tövsiyə edirəm.Məndə elə bir hiss yaratdı ki,fikirlərimi nə cəmləyə,nə də əsər haqqında açıq düşünə bildim...Yaxşı mütaliələr.Həmişə kitabla qalın.
Karanlıkta Kahkaha
Karanlıkta KahkahaVladimir Nabokov · İletişim Yayınevi · 2010310 okunma
·
220 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.