Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

586 syf.
10/10 puan verdi
·
8 günde okudu
Qaraqan-Şeytanın kitabı Qaraqandan oxuduğum hər əsər həyata,insanlara,dünyaya baxışımda müsbət cəhətdən dəyişiklik yaradır.Din xadimləri tərəfində tez-tez tənqidlərə məruz qalır,H.O.S.T qrupu mənfi enerji yaymaqda,Qaraqan ateistlikdə günahlandırılırdı.Qaraqan əsərlərini oxuyanlar və rep'lərini dinləyənlər bu fikrin yanlış olduğunu bilir. "Şeytanın kitabı" Qaraqanın ən bəyəndiyim əsəri oldu.Adı maraqlı və bir o qədər də qorxunc gəlmişdi və digərləri qədər çox bilinmir,çox oxunmur bu əsər.Səbəbi isə insanlar tərəfindən önyarğı ilə yanaşılır,ateistliyi təbliğ etdiyi söylənilir.Bunu söyləyənlər sadecə 2səhifə oxuyan,dini inancı zəif olanlardır... sona kimi diqqətlə oxuyanlar hər şeyi başa düşərlər.Dini inancları zəif olanlara oxumaq məsləhət deyil.Əsər möhtəşəmdi və Allahın varlığı,din inkar olunmur əksinə Dini kitabların müqaisəsi hər din haqqında məlumatlar,dini gerçəkliklər dini bilikləri gücləndirir.Hər dəfə kitab təhlili paylaşanda süjet xəttini hadisələrin gedişini də yazırdım,amma "Şeytanın kitabı"elə bir əsərdir ki,hərkəs süjetlə özü tanış olsa daha yaxşı olar.Cəsarət istəyən bir romandır və sonadək oxumadan fikir bidirmək olmaz.əsas sirrlər sonda açılır. Çap olunmama səbəbinə geldikdə isə: müsahibələrdən birində bu kitab haqqında Qaraqana sual verilir. - Deyirlər, sənin qadağan olunmuş bir əsərin var – “Şeytanın kitabı”... - Hə, yazmışam. Amma onu çıxarmadıq. Bəzi yazıçılarla, jurnalistlərlə, elm adamları ilə məsləhətləşəndən sonra qərara gəldik ki, kitabı ümumiyyətlə nəşr etməyək. Düzdür, Fransada, Almaniyada bu əsəri asanlıqla çıxarmaq olar. Fransız seriala baxırsa, ona daha çox onun məğzi lazımdır. Bizimki seriala baxır Behlülün gözlərinə vurulur, kimsə ona elçi gələndə də deyir “yox, mən Behlülü gözləyirəm”. Məsələn, “A” kitabından sonra dəfələrlə soruşurdular ki, “Aysel səni doğrudan atdı?” Hansısa qəhrəmanı əsərdə öldürəndə deyirlər, nə pis adamsan, niyə onu öldürdün. Bizim camaatda təsirlənmə çox güclüdür. Ona görə o əsər xüsusən 16-18 yaşlı gənclərə pis təsir edə bilərdi. Yəqin hər bir yazıçının həyatında elə bir əsəri var ki, o öləndən sonra üzə çıxsın. Mən də bu əsəri ehsan kimi saxlayıram. 
Şeytanın Kitabı
Şeytanın KitabıQaraqan · 2020529 okunma
·
220 görüntüleme
Ayxan Alırzalı okurunun profil resmi
Qəşəy👍 tamamilə razıyam. Müsahibə gəldikcə çox haqlı cavab verib, bizim millət bu cəhətdən çox arxadadılar, hələ yavaş yavaş oyanırlar ama oda əyri yolla. Ümumiyyətlə Qaraqanın adını çəkəndə "üff çox mənasız şey yazır" deyirəm oxumusan mı deyir yox, həqiqətən çatmır belə insanlar mənə. Oxumamısan qınamaq ixtiyarın yoxdur... Ümumiyyətlə bizim insanlar DİN mövzularda çox həssasdırlar. Sonuncu kıtabl var onuda başlayacam oxumağa, ən çox üzüldüyüm, H.O.S.T qrupunun dağılması və Elxan Zeynallının bu ölkədən getməsi, düzdür o duruma görə getmədi lazımdır, ama insan hələ y ümid edir ki bir gün geri dönəcək və inanıram kı indiki durumdan sonra ( yəni millətin oyanması) gələcək🤲
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.