Gönderi

Yuval Noah Harari , məncə, dinə çox qərəzli yanaşır. Səudiyə Ərəbistanın İslam dövlətini, İran İslam dövlətini, orada olan dindarları, kor-koranə təqlidçiləri o qədər pislədi ki, əsl dindən danışmadı. Hələ deyir ki, bəziləri ona deyəndə ki, əsl din bu deyil, cavabında deyir ki, İslam müsəlmanlar nə edirsə odur. İslamın ayrıca DNA'sı yoxdur ki, deyək ki bu əsl İslamdır. Amma sekulyarizmdən danışanda elə gözəl danışdı ki sekulyarizmi, özümü tam olaraq heçbir qrupa aid etməyən mən dedim ki hə onda mən sekulyaram deməli. Məsələn deyir sekulyarlar şiddətdən ona görə qaçmırlar ki hansısa müqəddəs kitab deyib ki şiddət etmək günahdır, ona görə şiddətdən uzaq dururlar ki hisslərə ziyandır, bu pis şeylərə yol aça bilər; Sekulyarlar ona görə ata və qızın münasibətinə razı deyillər ki bu onların psixologiyalarına dərindən zərbə endirə bilər, ona görə yox ki hansısa qədim kitab bunu qadağan edib. Sekulyarlar həqiqət axtarışındadırlar, istər bu həqiqət buddizmin doktrinasında olsun, istər elmdə, istər kainatda. Sekulyarlar bir doktrinaya bağlı deyillər, müxtəlif "identy"lər daşıya bilərlər. Amma deyəndə ki, Stalin də sekulyar olub, cavab verir ki bu sənin sekulyarizmi necə açıqladığında asılıdır, əsl sekulyarizm bunu dəstəkləmir, əsl sekulyarizm sevgini,həqiqəti dəstəkləyir. Amma İslamın, Xristianlığın əsl-inə demişdir ki din, dindarlar nə edirsə odur, öz- yoxdur dinin. Elmsiz dindarlardan çox danışdı, amma hələ görmədim ki dinin gözəlliyindən də danışsın. Deyəsən bir dəfə qeyd eləmişdi ki, bəzi insanlar bir dindən yaxşı bəziləri pis örnək götürə bilər, amma pis örnəklər olduğu üçün bunu tam ali mənəvi əxlaq saya bilmərik(deyəsən belə idi). Hətta İslamın Hüseyn ibn Əli kimi gözəlliyindən danışarkən belə, bunun gözəlliklərini gizlədib. Deyir şiələr hesab edir ki, kosmosun ən kulliminasiya nöqtəsi Aşura günündə baş verib. Xomeyni "Hər gün Aşura, hər yer Kərbəla" sözü ilə öz dəstəkçilərinə aşılayıb ki hətta gündəlik işlərinizdə belə Hüseyni yada salmalısız, buna şübhə etməyə cəsarət etsəniz bu sizin üçün yaxşı nəticələnməyə bilər. Amma Hüseynin, Aşuranın fəlsəfəsi təkcə şiələr üçün deyil axı, bunlar bəşəri dəyərlərdir. Daha sonra, deyir bir çox dindardan soruşsan ki, Tanrı mövcuddur? ,deyəcəklərki elm heçvaxt Big Bang-i açıqlaya bilməz, deməli Tanrı edib. Sonra deyir ki, bilmirəm necə din Big Bangi açıqlaya bilməmək ilə qadınların cəmiyyət daxilində saçlarını örtməsi ilə əlaqə qura bilib. Elə bilir ki, bütün din ancaq "mystery"lərin bilinməməsi üzərində qurulub. Metafizika fəlsəfəsindən dinə inanların başı çıxmırmış kimi. Bu qədər tənqiddən sonra sizdə də kitaba qarşı qərəz yarana bilər, amma çox gözəl kitabdır, hələ bitirməsəm də oxumağı məsləhət görürəm. Din barəsində biraz qərəzli yanaşsa da, qərəzlərinin bir çoxunda həqiqət var. Başa salmaq tərzi də çox gözəldir, və bir çox mövzuda həmfikirik Harari ilə.
Yuval Noah Harari
Yuval Noah Harari
21. Yüzyıl İçin 21 Ders
21. Yüzyıl İçin 21 Ders
·
17 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.