Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

154 syf.
8/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Ray Douglas Bradbury'nin əsərləriylə ümumiyyətcə tanış deyildim. Antiutopiya janrında da oxuduğum çox az kitab var. Bu janra o qədər marağım olmasada bir nəfəslik kitab idi deyə bilərəm. İndi biraz kitabdan danışım. Baş obrazımız Qay Monteq adında yanğınsöndürəndir. Lakin yaşadığı dövür kitab oxunulması, saxlanılması qadağan olan (bizim heç sevməyəcəyimiz) və yanğınsöndürənlərin peşələrinin yanğın yaratması (kitablar üzərində) olan bir dövürdür. Xoşbəxtlikdən Qay Monteq bir gün Klariss Maklennan adlı yeniyetmə bir qoca qarıynan rastlaşır və bu yeniyetmənin verdiyi qəribə suallardan sonra qəhrəmanımızın gözü açılır. Hər şeydə məhz burdan başlayır. Monteq kitaba qoyulan bu qadağaların insanların gözlərini bağlamaqdan, onların sanki belə daha xoşbəxt yaşadıqlarını deyən bir axmaqlıqdan başqa heç nə olmadığını anlayır və bununla qorxsada mübarizəyə girir. Bundan sonra kitab öz axıcılığı ilə davam edir. Oxunması zövq verən bəyəndiyim kitablar listinə girməyi bacaran bir romandır.
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201789,8bin okunma
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.