Gönderi

Varis Yolçiyev " Əzilmiş fotoşəkillər"    Varis sadə və axıcı bir üslubda yazan yazıçımızdı. Demək olar bütün kitablarını oxumuşam. Maraqlı kitabdır.    "Əzilmiş foşəkillərlə" hər şey üzə çıxır. İlahə və İnarə bacıları, onların həyatlarından bəhs edir. İlahə evlənir və cəmi 1 il sonra toy ildönümündə intihar edir. Hər kəs sarsılır. Səbəbini hərə bir yerə yozur; ailəsi - atası, anası fikirləşir ki, İlahə o acındanölənə qoşulub qaçdı oğlan onu bədbəxt elədi. Bəziləri düşünür ki, yəqin başqa sevdiyi vardı. Ancaq əslində heç biri deyildi. İlahə öz həyat yoldaşı Ramili sevirdi. Ona xəyanət etməyəcək qədər. İnarə üçün bacısının ölümü müəmmalı qalır. Bu müddətdə də o bir nəfərlə tanış olur. Rza adlı bu oğlanı bacısının yasında ilk dəfə görür.  Rza isə onu aldadır. Ona deyir ki, guya bacısı İlahə onu sevirmiş, ərinə isə nifrət edirmiş. Hətta bacısı ilə yaxınlığından söz açır. İnarə isə qulaqlarına inanmır. Bir dəfə Rzagildə bacısının əzilmiş şəkillərini tapır. Çılpaq vəziyyətdə kiminləsə yatıb. Ona hər şey məlum olur. O adam Rzadır. Rza mənimlə də eyni şeyi etmək istəyir. Məni içirib yatsın və videoya çəkib şantaj etsin. İlahənnin ərini Rza şər atıb tutdurur. Sonra isə ona deyir ki ərini azad etdirə bilər. Əvəzində isə o, bacısı Aynurə üçü yemək yesin. Yeməkdə bacı-qardaş İlahəyə güclə içki içirirlər ki, ərinin sağlığınadır. İçkidən özündən gedən İlahəni sonra şantaj edirlər. O isə buna dözə bilmir, özünü günahkar sayır, özünə nifrət edir. Və qərara gəlir ki, özünü öldürsün. İntihar edir.      Çox təəssüf ki, cəmiyyətimizdə Rzalar, Aynurələr kifayət qədər var. Və ən pisi də odur ki, onların sayəsində İlahə kimi tələyə düşüb sonra dözməyib intihar edənlərdə...
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.