Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
10/10 puan verdi
·
Beğendi
🖇İlk öncə yazar haqqında bir az danışmaq istəyirəm. Ceyms Fenimer Kuper kimdir?F.Kuper Amerika ədəbiyyatının görkəmli nümayəndəsi eyni zamanda daha çox macəra romanlarının müəllifidir. Onun yazıçı olmağı da təsadüfdür. Siyasətçi olmaq istəyən Kuper təsadüf nəticəsində bu gün yazıçı kimi dünya ədiblərinin sırasındadır. Bir gün roman oxuyarkən yoldaşına deyib ki, mən bundan yaxşısını yaza bilərəm. Yoldaşı isə inanmadığını bildirərək onu əsəbləşdirir Kuper boş damışadığını sübut etmək üçün yazmağa başlayır və beləliklə həm öz həyatında, həm də Amerika həyatında əlamətdar hadisə baş verir. O, yazıçılıq fəaliyyətinə başlayır, bu gün isə əsərləri dünyanın bir çox ölkələrinə sevə sevə oxunulur. Kuper daha çox Amerika hindularının həyatına maraq göstərir və əsərlərində də bunu biruzə verirdi. . . 🖇“Sonuncu mogikan”a gəldikdə isə deyərdim bu əsər onun yazıçılığının yüksək zirvəsidir. “Dəri corab” silsiləsindən olan bu roman ona daha çox məhşurluq gətirib.Əsərdə fransızlarla ingilislər arasındakı mübarizə fonunda hindi tayfalarının həyatından və aralarındakı ölüm dirim mübarizəsindən bəhs edir. Delavarlar və Quronlar tayfaları arasında gedən çəkişmələr və baş verən macəra dolu bu romanın hər səhfəsi maraq doğurur. Əsasən “Şahingöz” yəni Nataniel Bampoo və mogikan dostları Çinqançuk və oğlu Unkasın igidliyi, mərdliyi ön plandadır. Birdə Maqua var ki, quronlar tayfasının “Bic Tülküsü”. Maqua öz tayfası tərəfindən qovulmuş və delavarların sırasına girməyi bacararaq orduda xidmət göstərir. Və bir gün polkovnik Munronun qızlarını atasının yanına yəni şimal düşərgəsinə aparmaq üçün əsgəri olan Dunkana tapşırılır və bu yolda Maqua onları müşayiət edir. Lakin meşədə bu dəstə Şahingözə və onun mogikan dostlarına rast gəlirlər. Şahingöz isə Bic Tülkünü görən kimi məqsədini başa düşür Dunkana onun xain olduğunu bildirir. Maqua bundan duyuq düşür və qaçır. Əsl macəra da burdan sonra başlayır. Qızların bu yolda əziyyəti, Şahingözün qorxusuz özünü sipər etməsi, Unkasın cəsarəti və ən əsas da məndə gülüş yaradan obraz Davidin sədaqəti, dostluğunu yazıçı çox gözəl ustalıqla təsvir etmişdir.
Sonuncu Mogikan
Sonuncu MogikanJames Fenimore Cooper · Önder Neşriyat · 2005315 okunma
·
166 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.