Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
7/10 puan verdi
Çox oxucu bu yazarı, məşhur və ilk əsəri olan “Qızılgülün adı” ilə tanıyıb. Mən isə sonuncu əsəri olan “Sıfır sayı” ilə tanıdım. Deməli əsas mövzu kütləvi informasiya vasitəsi, media üzərində qurulub. Kitabı oxumazdan əvvəl, qətiyyən mövzunun nədən bəhs etdiyi barədə fikrim yox idi. Yəni heç haqqında maraqlanmamışdım da sözün açığı. Sadəcə oxumağa başladım. Və oxuduqca İtaliyanın tarixini az-çox öyrənmiş də oldum. “Sıfır sayı” əslində siyasi motivlər əsasında yazılan əsərdir. Bu da ixtisasımla bağlı olduğuna görə siyasi, tarixlə bağlı olan kitablar daha çox marağımı çəkir. Faydalı olduğunu düşünürəm. Onu da qeyd edim ki, səhfələri az olmağına baxmayaraq bir gündə oxunulacaq kitablardan da deyil. “Sıfır sayı” heç vaxt çap olunmayacaq bir qəzetdir. Hadisələr 1992-ci ildə İtaliyada cərəyan edir. Həm də 50 il öncəki İtaliyanın həyatını, tarixini də da göz önünə sərir. Baş qəhrəman Colonna əslində uğursuz jurnalistdir. Amma bir gün Simei adında iş adamından iş təklifi alır. Eyni zamanda bu redaktorda digər 6 uğursuz jurnalist də çalışacaq. Və bu insanlar müəyyən məlumatlar üzərində çalışacaqlar. Əsas məqsəd isə biznesmen olan bir şəxsin Commendatorenin yuxarı təbəqənin insanlarına öz təsirini göstərmək istəməsidir. Commendatore bu insanların “qara” işlərini mediyaya yaymaqla hədələmək, bir növ onları təhdid etmək istəməsi ilə üzərinə qurulan bir lahiyədir. Simei bu jurnalistlərə Commendatorenin tapşırığı əsasında bəzi mövzuları araşdırmağı tapşırır. Qəzetin adı isə “Sabah” olacaq. Və jurnalistlərin araşdırdığı mövzular əsasında İtaliyanı, Mussolinini, Vatikanın oyunlarını və digər qaranlıq məsələləri öyrənmiş olacayıq. Əslində Eco medianın iç üzünü, hər xəbərin arxasında kiçik də olsa yalanın olduğunu oxuculara çatdırmaq istəyib.
Sıfır Sayı
Sıfır SayıUmberto Eco · Doğan Kitap · 20151,119 okunma
·
245 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.