Gönderi

#təbriz
Abbasilər dövründən bəri Azərbaycanın paytaxtı olan bu şəhərdə Şərqin məşhur alimləri, həkimləri, filosofları, yazıçı və şairləri toplanmışdır. Təbrizdə Şərq tarixinə zinət verəcək simalardan Baba Fərəc, Baba Həsən, Xacə Ziyaəddin, Hüseyn Bolğari, Nuru, Xaqani, Zahirəddin Fariyabi, Xacə Məhəmməd Gəcücanlı və bir çox türk, fars və ərəb alimləri dəfn olunmuşdur. Otuz böyük kəndin arasında bina edilən və bağları bir-birinə qarışan bu böyük şəhəri Səhənd dağından axıb gələn Nehranrud çayı sulamaqdadır. İki yüzə qədər karvansara , on doqquza qədər böyük came , iyirmi bir hamam, bişmiş kərpiclə örülmüş on beş minə qədər dükan yerləşən bu şəhər doğrudan da zəngin və səfalı bir şəhərdir.
··
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.