Gönderi

1024 syf.
10/10 puan verdi
·
Beğendi
Salam. Nəhayət bir aya oxuyub bitirdim. Amma zirvədə olan bu kitabı təhlil etmək bir az çətindir mənim üçün. Tarixi janrda yazılmış ”Hərb və Sülh” dünya ədəbiyyatının dəyərli incilərindən hesab olunur. Hər halda hər kəs bu roman haqqında eşidib. Səhifələri 1000+ olduğuna görə oxunulması bir az səbir tələb edir və əlbəttə ki vaxt bolluğu. kitabda yorucu olan isə şriftlərin çox xırda olması idi. “Hərb və sülh” həyatın tam özüdür. Bu əsər tarixi roman olmaqla yanaşı, bir çox mövzunu özündə cəmləşdirib. Ümumiyyətlə klassik rus yazarlarının kitablarında mövzu əhatəli və geniş olur. Tolstoy da öz əsərində münaqişə və müharibə ilə yanaşı sevgiyə, cəmiyyət arasındakı sinif fərqlərinə, davranışlara, fəlsəfi düşüncələrə, din kimi müxtəlif mövzulara toxunub. Əsər rus dilində yazılsa da fransız dialoqlarına da çox yer verilib. Bu da yəqin ki, o dövrdə rusların fransız dilinə daha çox önəm verməsi ilə bağlıdır. (Tərcümədə də fransız dialoqları istifadə olunub). Bundan başqa kitabda insan sayı hədsiz çoxdur. Bir ara kimin kim olduğunu unutmuşdum. ona görə siz oxumağa başlasanız mütləq qeyd götürün. Əsərin ümumi məzmunu, Rusiya və Fransa arasındakı gedən uzun müddətli (1805-1812) müharibədən və Napaleonun Rusiyanı işğal etməsindən bəhs edir. Napaleonun Rusiyaya hücumu nəticəsində, Rus xalqının enişli, çıxışlı qalibiyyətinin şahidi olacaqsız. Başqa torpağa soxulmağa can atan Fransa, rusların gücünün, haqqının qarşısında nə qədər dirənsə də əlbəttə ki, son məqsədinə çata bilmir. Napaleon haqqında kitabın sonlarında Tolstoyun çox maraqlı fikirləri də var. Təbii ki bütün hadisələr cəbhədə baş vermir. Əsərdə həmçinin Bezuxovlar, Balkonskilər, Kuraginlər və Rostovlar ailəsindən, onların həyatından, cəmiyyətdə tutduqları mövqelərdən də danışılır. Müharibənin gedişatı bu ailələrin yaşantısına da öz təsirini göstərmişdir. Mənə görə isə əsas qəhrəmanlar burda Pyer Bezuxov, Andrey Balkonski idi. Andreyin düşüncələri sizi də düşündürəcək, əminəm. Pyer isə ayrı bir dünya idi. Onu sevməmək mümkün deyildi. Oxumağınızı tövsiyə edirəm. Çünki bu kitab həyat təcrübəsidir. Burda insanların istəkləri var, arzuları var. Həqiqətən həyatın özüdür. Vaxtınızı almağa dəyəcək kitabdır.
Hərb və Sülh
Hərb və SülhLev Tolstoy · Qanun Nəşriyyatı · 202021,2bin okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.