Gönderi

280 syf.
8/10 puan verdi
·
10 günde okudu
Biri ikən heç biri, daha sonra da minlərdən biri olmaq... “Her birimiz diğerlerine kendi içimizdeki dünyayı, sanki dış dünyaymış gibi zorla kabul ettirmeye çalışıyor, diğerlerinin de onu ille de bizim bildiğimiz biçimde görmesi gerektiğinde ısrar ediyor ve böyle yapmadıkları taktirde var olamayacaklarını iddia ediyoruz.” İnsan bəzən bəsit bir səbəbdən yola çıxaraq da varlığını, yaşamını, həyatını, varoluşunu sorğulayır. Əsərin qəhrəmanı olan Vitangelo üçün də bir gün həyat yoldaşının ona burnunun əyri olması ilə bağlı dediyi fikir bir vəsvəsə halına çevrilir və əvvəlcə xarici görünüşünü, sonra da hər şeyi dərindən sorğulamağa başlayır. Özünü bir yad kimi qəbul edir və yenidən tanımağa, kəşf etməyə başlayır. Başqalarının düşüncəsindəki obrazı gerçək kimliyi ilə üst-üstə düşmür. Çox zaman bunu diqqətə almaq istəməsə də, onda çoxlu suallar doğurur. Nəticədə başqalarının onun barəsində olan düşüncələrini yox etmək üçün heç kimsənin ehtimal verməcəyi şəkildə davranmağa başlayır. Kitabı maraqlı edən cəhətlərdən biri də dəyişkən olan təkcə sözlərimiz, düşüncələrimiz deyil, həm də bizim içimizdə, bəzən danışdığımız, bəzən dalaşdığımız, bir şəkildə qarşı-qarşıya olduğumuz, hətta güzgüdə gördüyümüz fərqli obrazlarımız olmasına vurğu etməsidir. Və öz reallığımızı dərk etmədikcə, başqaları bizə aid olmayan obrazlar yaradacaq, bizi istədikləri kimi şəkilləndirəcəklər.
Biri, Hiçbiri, Binlercesi
Biri, Hiçbiri, BinlercesiLuigi Pirandello · Aylak Adam Yayınları · 20184,025 okunma
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.