Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

560 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
- S p o i l e r -
Həmişə kitablardan yetərincə təsirlənmədiyimi düşünmüşəm, xüsusilə insanlar "filan kitaba bütün gecə ağladım" kimisindən danışanda əmin olurdum. Problem məndə yox, seçimlərimdə imiş. İndiyə qədər gözlərimi doldurub hərfləri qarışqa yığınına çevirməyə qadir olmuş 3. kitab "Zəfər tağı" oldu. Əsərin müharibə fonunda yazıldığını hər səhifədə, hər sətirdə duyursunuz. "Zəfər tağı" isə Fransa və müharibənin qovşağındakı bir simvol rolunu oynayır; Hadisələr Fransada cərəyan edir. Ravik haqda, xüsusilə, danışmaq istəyirəm. Müharibənin izləri, bir insanda açdığı yaralar daha yaxşı göstərilə bilməzdi. Bunu Ravikin hər hərəkətində, hər sözündə çox aydın hiss etmək olur. Hər şeydən əvvəl, o, bacarıqlı bir həkimdir; həyatını illeqal da olsa, bundan qazanır. Düran kimi ondan istifadə edənlərə məhəl qoymur, onun üçün önəmli olan əlinə gələn pul yox, əlinin altındakı xəstəsidir. Xain, satqın kimi etiketlərlə axtarılıb cəzalandırılmaq istənən şəxs, digər həkimlərin əksinə xəstələrə "qonorar" gözü ilə baxmır. Bunlar, əslində, tarixi həqiqətlərin bir obraz üzərində əks etdirilməsidir. Həqiqətən də, tarix boyu onun kimi istedadlı şəxslər sırf didərgin düşdükləri üçün haqsız yerə əziklənib, istifadə edilmişdir. Əsərin janrı romantik sayılsa da, Joan Madu ilə münasibətlərinin və aralarındakı bağın çox daha qüvvətli olduğunu düşünürəm. Bu bağın rəmzi halına gəlmiş kalvados içkisinin adını hər görəndə fikrim köhnə səhifələrə qayıdırdı; xırda bir detalın xatirələrimizə təsirinə çox gözəl toxunulub. Ravid və Joan bir-birilərinə həm çox uzaq, həm də çox oxşar obrazlardır. Həyat heç birinin üzünə gülümsəməyib və tənhalığa məhkum edib. Ravik Joan'dan yaşca böyük olduğundan, daha çox şey görüb-keçirib, bunun nəticəsidir ki, insanlara qarşı məsafəsini hər zaman qoruyur. Joan'ın sevgisini qəbul etməməkdə təkidi həm bu məsələ, həm də keçmişdə qoya bilmədiyi Sibilla ilə bağlı idi, deyə düşünürəm. Deyərdim ki, Ravik keçmişinin əsiri olduğundan nə bu gününü yaşaya bilir, nə də sabahları gözləyir. Joan Madu isə gənc, anda yaşayan, səhərə yeni ümidlərlə baxan, xəyallarla həyata tutunmağa çalışan bir qadındır. Hər nə qədər sevdikdən sonra bu xəyalları Ravikin ətrafında dönməyə başlasa da, onun yoxluğunda yenə də başa qayıdır. Ravik gedəndən sonra Joanın başqaları ilə olması yox, o qayıtdıqdan sonra belə onlarla qalması münasibətlərinə vurulan bir zərbə oldu. Yadımdadır ki, onların gəzməyə getdiyi bir epizod vardı, Ravik burada gördüyü həyatı Joana verə bilməyəcəyi üçün tərk ediləcəyini düşünürdü. Çox istərdim ki, düşüncəsində yanılsın, lakin Joan Madu da belə bir obraz idi. Bütün bunlara baxmayaraq, bir-birilərinə heç bilmədikləri, görmədikləri mənzərələri göstərmiş, söhbətlər açmışdılar. Ravik sevgiylə bərabər, onun özüylə gətirdiyi qısqanclığı, hətta nifrəti kəşf edir. Bu iki obrazın vədalaşdığı an, yəni Joanın ölüm anı, bir-birilərinə etirafları və bütün sözlərini ana dillərində dilə gətirmələri münasibətlərindəki bütün düyünləri açır. Açır, lakin artıq gec olur. Həmin palatada Ravik də sevgilisi ilə birlikdə ölür və dəfnini dostlarına tapşıraraq "vətən xaini" Lüdviqi gestapoya təslim edir...
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014437 okunma
··
379 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.