Paris Notr-Dam kilsəsi əsərində orta əsrlərin sonlarında baş verən hadisələrdən bəhs edilir. Fransız ədəbiyyatının dahisi Viktor Hüqo insanların qəlbini ələ keçirəcək bir şahəsər yaratmışdır ki, bu əsərin qəhrəmanları- dünyalar gözəli, qaraçı qız Esmeralda, kilsənin zəngçalanı eybəcər,təkgöz, qozbel olan lakin mərhəməti ilə oxucuların qəlbini qazanan Kvasimodo və ömrünü elmə, dininə həsr etmiş baş keşiş Klod Frollodur.. Kvasimodo qaraçı qıza olan məsum sevgisi ilə bu sevgiyə ortaq olan, onu böyüdən keşiş Klod Frollo arasında qalır. Hüqo sevgi hekayəsindən başqa, Parisin təsviri, həmin dövrdəki din dövlət münasibətlərini də qələmə alır..Kitabın sonu məni dəhşətə saldı və çox kövrəldim.. Sizlərə tövsiyəm sadəcə oxuyun.