Gönderi

10/10
·256 syf.··
Beğendi
·
2020 35. kitabı
Kitabda Qadın olaraq, dünyaya gəlmənin məsuliyyətindən, yükündən bəhs olunur. Dünyanın hər yerində, haqsızlıqlara, əzab-əziyyətlərə məruz qalan qızların, qadınların timsalında afrikalı bir qız olan Varisin gerçək həyat hekayəsindən bəhs olunur. Və hər şeyə rəğmən, Varisin apardığı mübarizədə əzmini, iradəsini təqdir etdim. Oxumuş, öz ayaqları üstündə durmağı bacaran, bağımsız qadınlar mənə görə hər zaman 1-0 öndədirlər. Əks təqdirdə qızları oxutdurmayan, onları aşağı görən toplum məhvə məhkumdur. Kitabı oxuyarkən sinirləndiyim məqamlar ( KGS, onun qadınlar üzərində fiziki və mənəvi fəsadları, qızlara söz haqqı tanınmaması və s.) çox olsa belə, bir qadının həmcinslərinin hüquqları uğrunda mübarizə aparması, onların səslərini bütün dünyaya duyurması çox qürurverici idi.
Çöl ÇiçeğiWaris Dirie · Bilge Kültür Sanat Yayınları · 201411,6bin okunma
·
26 Gösterim
1 Yorum
Perfect
Thanks a lot.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.