Gönderi

Bir qadının əllərindədir, barmaqlarının arasındadır sevgi. Yalnız əllərini bərk bərk sıxdığın zaman hiss edə bilərsən onu. Bir qadının saçlarındadır sevgi. Yalnız onun tellərini oxşayaraq, saçlarını qarışdıraraq hiss edə bilərsən onu. Bir qadının gözlərinin dərinliklərindədir sevgi. Yalnız səssizcə, gözlərini qırpmadan o gözlərə baxsan hiss edə bilərsən onu. Bir qadının ürəyindədir sevgi. Yalnız o ürəyə yol tapa bildikdən sonra hiss edə bilərsən onu. Bir qadının bütünlüklə özündədir sevgi. Yalnız ona sahib olduqdan sonra hiss edə bilərsən onu. #özqələmimdən
·
1 Gösterim
1 Yorum
Nə gözəl dediniz☺️
Təşəkkür edirəm)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.