Gönderi

236 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
Bu il müharibə dəhşətlərinə aid oxuduğum artıq ikinci kitab oldu. Hər iki kitabın da müəllifləri qeyd etmişdi ki, danışılan hekayələrin sadəcə onların icazə verdiyi hissələri dərc olunacaq. Onlar yaddaşlarına ömürlük silinməz izlər buraxan acı xatirələrini danışarkən hələ də həmin günə, həmin bir dəqiqəsi bir ömrə bərabər olan anlara qayıdır, eyni həyəcanı və eyni hissləri iliklərinə kimi hiss edirlər. Fikir vermisinizsə, müsahibə zamanı dilləri tutulur, nəfəsləri titrəyir, bədənləri əsir, barmaqlarını oynadır, ayaqlarını yığırlar. Biz az qala dünən nə yediyimizi, nə yaşadığımızı unuduruq. Halbuki onların yaşadığı həmin o hadisələrdən 30-40 illər keçib.. Yada saldıqca hələ də bütün bədənlərini həyəcan bürüməsi nə deməkdir? Nəinki yada salmaq, heç bir gün belə yadlarından çıxarmırlar. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının dəstəyi ilə "Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə əsrin ən amansız qətliamlarından biri - Xocalı qətliamının və 1990-92-ci illər ərzində Qarabağ uğrunda gedən müharibənin qurbanı olmuş əsir və girovlar şahidi olduqları erməni vandalizminin dəhşətlərindən danışır. Öz dədə-baba torpaqları düşmən oylağına çevrilən, öz ata yurdlarında qərib olan əsir və girovlar.. Məni göz yaşlarına boğan və yaddaşıma bir kino kimi yazılan hekayələrdə aclıq, şiddət, bədənlərə dağ kimi basılan damğalar, qarda donub qırılan barmaqlar, kəsilən əllər, ayaqlar, girovluq əzabından xilas etmək niyyəti ilə doğma bacısının qatili olan qardaşlar, işgəncə zülmü ilə doğum sancısını bir arada yaşayan gəlinlər, düşmən əlindən ana qucağına ömürlük şikəst olaraq verilən körpələr, doğmasının meyitini qəbir-qəbir qazıb axtaran əsirlər, tək qol parçasını "oğul" deyib dəfn edən atalar... analar... Və daha dilə gətirilməyəcək qədər ağır, etiraf edilməyən, yazıya alınmaycaq qədər gizli saxlanılan neçə-neçə müsibətlər yer alır. Kitabda həmçinin, 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından, eyni zamanda, 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan əsirlərin məruz qaldığı işgəncələrə etirazını bildirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında qoruyucu mələyimiz adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçelin göstərdiyi fədakarlıqdan da söhbət açılır. 2 yaşlı bir qızcığaz düşünün, gözünün ən son gördüyü mənzərə yol boyu hərkətsiz vəziyyətdə donub qalmış meyitlər, qan içində yerdə çapalayan anası, o vahiməli əsirlikdə şahidlik etdiyi qorxunc, insanlığa sığmayan işgəncələr olub. Nurlanə Hümbətovanın hal-hazırda 26 yaşı var, müəllimə işləyir, ancaq o hələ 2 yaşında ikən gözləri həyata əbədiyyən qaranlıq baxır.. "Əsgərlərin boynundan asılıb ayağını sürüyə-sürüyə gələndə, qarşısından bir-biri ilə zarafatlaşan iki kişi keçdi. Onlardan biri Eduard, o biri isə Mersik idi". Bu sözlər 1992-ci ildə ermənilərə əsir düşmüş Elbrus Abbasovun öz dilindən danışdığı real heyakədən bir hissədir. O, Eduard və Mersik adlı iki erməni əsirlə dəyişdirilməsindən danışır. Təkcə əsirlikdə olmuş Elbrus Abbasovun danışdığı həmin səhnə erməni millətinin nə qədər əclaf, şərəfsiz, qəddar, amansız millət olduğunu sübut edir. Taleyindən ailəlikcə əsirlik keçmiş Quliyevlər ailəsi.. Onların haqqında yazmaq mənə oxuduqlarımdan sonra hədsiz ağır gəlir. Kitabda eyni taleyi yaşamış, ayrı-ayrı işgəncələrə məruz qalanlardan ümumilikdə 9 hekayə danışılısa da, onların timsalında təkcə 62 min əhalisi olan Kəlbəcər, ümumilikdə 1 milyon Qarabağ qaçqınının naləsi, ahı, fəryadı var. Bütün bunları qələmə alan, Qarabağ müharibəsi həqiqətlərinin dünyaya çatdırılması yönündə bütün gücünü səfərbər edən, əzmini, iradəsini və gücünü ortaya qoyan jurnalist Vüsalə Məmmədova.. Bu mövzuda ərsəyə gətirdiyi ikinci kitab ilə məni öz fədakarlığına heyran qoydu. Çünki, 27 il öncə şəhərə yağan bomba yağışlarının içi ilə Ağdamdan çıxan, içinə 10 nəfər qadın və uşaqların güclə sığışdığı avtomobilin içində məhz Vüsalə xanım da olub. Əlində tək bir gəlinciyi ilə. İndi atasının Ağdamdakı məzarına bir gül belə apara bilməyən Vüsalə xanım həmin ilin dəhşətlərini fərqli-fərqli ailələrdən eşidərək, onları dinləyərək öz ürəyindəki dərdin üzərinə ağır dərdlər yükləyib. Xocalı sakinkərinin başlarını götürüb yalın ayaqla üz tutduqları Kətik meşəsi, Murov silsiləsində yerləşən Ömər aşırımı, Əsrin görülməyən müsibətlərinə şahidlik edən Murovdağı yadıma düşdükcə öz-özümə deyirəm ki, qoynunda neçə-neçə meyitlər, qollar, ayaqlar, insan parçaları, torpağında Şəhid qanı, hər bir dağında-daşında ana fəryadları, körpə çığırtıları daşıyan bu yerlərdə necə qol qaldırıb oynamaq, sevinmək, əylənmək, istirahət etmək, yaşamaq olar axı.. O müsibətləri yaşayan ailələr həmin torpaqlara necə qayıda biləcək, necə dinclik tapa biləcək... Kitabı oxuyarkən içindən bir çox hissəni paylaşdım. Düşünürəm ki, belə kitablarda spoilerdən ehtiyat etmək lazım deyil. Burada yazılanlar həqiqətdir. Erməni dığalarına əsir düşmüş soydaşlarımızın başlarına gətirilən işgəncə və zorakılıq, yaşamış olduqları dəhşətlərdir. Ermənilərin əslində necə mundar, qəddar, amansız, qatil, təcavüzkar xalq olduğunu sanki yalnız türk xalqı, müsəlman milləti qanır. Biz hər birimiz burada yazılan məlumatları bacardığımız qədər tez-tez paylaşmalı, xarici dillərə tərcümə edərək öz sosial platformalarımızda yaymalıyıq. "Libraff" kitabın satışından əldə etdiyi gəlirin 30 faizini əsgər ailələrinə ayırır. Çalışın kitabı siz də əldə edəsiniz. Qoy zəfər tariximizlə yanaşı, müharibənin görünməyən üzü ilə də hər kəs tanış olsun.
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202032 okunma
·1 alıntı·
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.