Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
9/10 puan verdi
·
7 günde okudu
“Hər şeyin zamanı var.” Uzun müddət sonra bir şəxsin tövsiyyəsi ilə yenidən Marquez’ə müraciət etdim və bu ilin son kitabı oldu. Kolera Günlerinde Aşk Marquez’in digər əsərlərində də olduğu kimi fərdin və insanlığın yalnızlığını araşdırır. Bu romanda hiss etmənin varoluşsal izdirabı sevgi və aşiq olmağın tənhalığı üzərindən göstərilir. Oxucu bunun sadəcə özünəməxsus bir sevgi hekayəsi olduğunu düşünə bilər, ancaq çox daha artığıdır: daxili narahatlıq, batil inanclar, iç savaşlar, sosial bərabərsizlik və sevgi hekayəsi ilə çevrələnən yeni bir orta təbəqənin yaranması. Marquez bu romanın tarixi və sosial mühitini qələmə almaq üçün böyük əmək sərf edib. Sevgi və sosial təbəqələşmə - hadisələri başa düşmək üçün iki açar sözdür. Sevginin kitabın ana mövzusu olduğu aşikar görünə bilər. Ancaq bu romandakı sevgi mövzusu çox yönlüdür, fərqli prizmalardan baxıla bilər. İkinci mövzu toplumdakı sosial bölgüdür. Roman fərqli sosial siniflər arasında hər hansı bir qarışıqlıq və ya aşkar münaqişənin varlığına işarət etməsə də, bərabərsizlik oxucuya bəlli olur. Bu fərqliliklər dəfələrlə diqqətə alınır. Kolera Günlerinde Aşk'ın digər vurğusu da ümid etmək, gözləməyi öyrənmək, əzm və dözümlülük, insanın sevgisindən əsla vaz keçməməsidir. Sevgi həm insanlığı, həm də tarixi xilas edən, hər şeyə meydan oxuyan güc olaraq görülür. Ancaq romanda tam bir idealizm yoxdur. Heç bir şey dəqiq olaraq qəbul edilmir və yazar obrazların ətrafındakı dünyanın görməzdən gəlinməyəcək qədər təsirli olduğunu bizə daima xatırladır. Marquez'ə görə sevgi, bir növ vasitədir, dünyaya baxmağın bir yoludur. Və sonda Marquez'in bəhs etdiyi utopiya; Kimsənin başqalarının yerinə, necə öləcəklərinə qərar vermədiyi, sevginin gerçək, xoşbəxtliyin mümkün olacağı və yüz ilin tənhalığına məhkum edilənlərin nəhayət sonsuzadək ikinci bir şansa sahib olacağı bir dünya ümidi ilə bu ilin kitablığını bağlayıram. Yeni təqvim ilində bol və dəyərli mütaliələr diləyirəm :)
Kolera Günlerinde Aşk
Kolera Günlerinde AşkGabriel Garcia Marquez · Can Yayınları · 20158,9bin okunma
·
148 görüntüleme
Nübar okurunun profil resmi
Maraqlı yazmısınız, sayənizdə bir çox kitaba qarşı yaman maraq oyanıb məndə. Və sondakı arzunuz üçün də təşəkkür edirəm, sizə də həmçinin, bol və faydalı mütaliələr arzu edirəm 🙂
Agil okurunun profil resmi
Təşəkkürlər. Çox xoş oldu :) Oxuduğum kitablar üçün bacardığım qədər incələmə yazmağa çalışıram (xüsusilə də Azərbaycan dilində) ki, oxumaq istəyənlər üçün ən azından bir baxış bucağı göstərmiş olum, onlarda bir fikir yaranmış olsun. Faydalı olması məni çox sevindirdi :) Diləyinizdən dolayı da minnətdaram :)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.