Gönderi

158 syf.
6/10 puan verdi
·
Beğendi
"Bir dəlinin xatirə dəftəri" məhz qeydlər kimi, yəni qəhrəmanın özü haqqında hekayəsi kimi Qoqol yaradıcılığında analoqu olmayan bir əsərdir. Nikolay Qoqol əsərdə dəlilik mövzusunu eyni zamanda üç aspektdə (sosial, estetik və şəxsi bioqrafiya) qəhrəmanın dilindən göstərməyə çalışıb. Digər tərəfdən yazıçının estetik hoqqabazlığın (illüzionizm) fantastik elementlərindən (itlərin məktublaşması) məharətlə istifadə etməsi onun incəsənət aləminin incəliklərinə bələd olmasından xəbər verir. Nikolay Qoqolun əsərdəki qəhrəmanını Poprişinin anormallıqlarını real bir şəkildə təsvir etməsi oxucunu təsir altına salmaya bilmir. Qəhrəmanın dilindən söylənilən fikirlərin əslində bir ağıllının yazdıqları fikrinə də qapılırsan bir an. Məsələn, "Keçən gün eşitdiyimə görə İngiltərədə bir balıq sudan sıçramış və qəribə bir dildə iki söz söyləmişdi. Alimlər tam iki ildir bu iki sözün mənasını anlamağa çalışırlar. Hələ ki, tapdıqları bir şey yoxdur. Yenə qəzetdən oxuduğum bir xəbərə görə iki inək dükana girib bir ədəd çay kitabı istəmişdi." Guya müasir dövrümüzdə belə anormal xarakterli qəzet xəbərlərinə rast gəlmirik? Əlbəttə, gəlirik. Sadəcə Qoqol kimi belə şeyləri ciddiyə alıb əsərə çevirmirik. Yazıçının ustalığı da elə bundadır.
Bir Delinin Güncesi
Bir Delinin GüncesiNikolay Gogol · Oda Yayınları · 20009,7bin okunma
·
5 görüntüleme
Finlandiya