Puan vermedi·143 syf.····Okunma: 26 Aralık 2020 11:09 “İnsanlarla siçanlar heç vaxt xəyallarını reallaşdıra bilməzlər.” –Robert Burns, Danimarka şairi
⠀
George və Lennie. İstər fiziki, istərsə də əqli cəhətdən bir-birinə zidd iki insan. George çəlimsiz, zəif amma ağıllıdır. Lennie tam əksi, canlı-cüssəli lakin gücünün fərqində olmayan biridir, biraz da əqli geriliyi var. George hər dəfə yeni işlər tapır amma Lennie necəsə başlarına iş açır və ordan ayrılmalı olurlar. İkisi də ortaq xəyallarını gerçəkləşdirmək üçün çox çalışırlar. Özlərinə aid, heç kimin onlara qarışa bilmədiyi torpaq sahəsinə sahib olmaq. Təbii ki, bir neçə dovşanları olacaq. Çünki Lennienin yumuşaq şeyləri sığallamaq kimi qəribə bir xasiyyəti var, dovşanlar, siçanlar kimi. Amma gücünü idarə edə biləcək ağıla sahib olmadığına görə çox vaxt onları öldürür.
⠀
Sənaye inqilabından əvvəl fiziki güç dünyada daha üstün idi. İnqilabdan sonra ağıl fiziki güc üzərində üstünlüyə sahib oldu. Düşünsək ki, George ağılı, Lennie fiziki gücü təmsil edir. Kitabın sonunda da ağıl fiziki gücə “qalib gəlir”.