·504 syf.··Beğendi
···Okunma: 06 Ocak 2021 19:33 Öncəliklə kitab sadəcə möhtəşəmdir. Nəzəriyyəni qəbul edib etməməyinizdən asılı olmayaraq (ki mən şübhəsiz qəbul edirəm) qurduğu cümlələrdən, onu tənqid edən insanlara yanaşmasından, nəzəriyyə ilə əlaqədar əsas problemlərə bölüm ayırıb ağlınıza gəlməyən əks arqumentləri belə sizin yerinizə səmimi paylaşmasından, apardığı müşahidələri ondan daha yaxşı aparan insanların adını çəkinmədən çəkməsindən və daha sayıb uzada biləcəyim bir çox incə detaldan bu gözəl insanın xarakterini o qədər aydın oxumaq olurki sonda səmimiyyətindən və dürüstlüyündən zərrə şübhəniz qalmır. Türləri bir-birinə bağlayan ara türlərlə bağlı öngörüsü kitab ilk dəfə çapa buraxılandan (1859) 2 il sonra Archaeopteryx fosilinin tapılması ilə öz təsdiqini tapır və kitabın 4-cü nəşrində (1866) Darwin'in bu mövzuya toxunuş tərzi o qədər sadədirki mən sadəcə o hissəni gülərək oxumuşdum. Bundan əlavə təkamüllə bağlı onunla paralel eyni fikrə gələn Alfred Russel Wallace'ın Linnean Society'də paylaşılması üçün ona məktubla göndərdiyi nəzəriyyənin kiçik bir hissəsini hələ öz kitabı tam yazılmamasına, bu nəzəriyyə üzərində illərdir çalışmasına baxmayaraq özündən öncə paylaşılmasına vasitəçi olmuşdur. Və bu insanın kitabından xəbəri olmayan bir yığın cahil tərəfindən karikaturaları çəkilir, məsxərəyə qoyulur, davamlı söyülür və s. Bizim üçün daha biyabırçısı isə mənim bu dəyərləndirməni yazmağıma səbəb olan haldır. Kitab ilk dəfə 1859-cu ildə ingilis dilində nəşr olunub. Bizə ingilis dilindən daha yaxın olan dillərdə rusça 1864-cü ildə С.А. Рачинский tərəfindən (157 il öncə) və türkçə 1970-ci ildə Öner Ünalan tərəfindən (51 il öncə) tərcümə olunmuşdur. 2021-ci ildir və bu kitabın Azərbaycan dilində hələdə nəşri yoxdur (162 ildir). Ölkədə ilahiyyat insitutu, lotu kitabları, bozun 50 çalari (tərcümə olunmuş) belə var ancaq bu kitabin tərcüməsi yoxdur. Mən utanıram !