Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dönülməz yollara axan göz yaşı, Gedənin ləpirin yuyub itirməz. Yüz yağsa, min yağsa ümid yağışı, Qurumuş torpaqda vüsal bitirməz. Nə dostlar, tanışlar, nə qohum-qardaş, Nə gedən gəmilərin məlun fit səsi, Qoparmaz qaysağın can həsrətinin, Tapılmaz ürəyə bir nəfər sirdaş, Onun tək yandırmaz özgə nəfəsi, Zərif şamlarını ruh qəsvətinin. Hər gecə qovrulan ciyərlərinin, İyinə ruhunun mədəsi göynər, Həyatla ölümün çəpərlərinin, O tayı bu taydan əziz görünər. Gözünün yuxusu ərşə çəkilər, Daş olar döyünməz sinəndə ürək, Nəyi itirmisən tapa bilmirsən? Xatirələr boy cərgəsi düzülər, Hansını istirsən bir dillən görək? Hansına yapışıb qopa bilmirsən? Bəlkə ilk tanıdığın günə yanırsan? Yoxsa ilk kəlməsi daha şirindi? İlk görüş gününü necə anırsan? İlk sual,ilk cavab,söylə kimindi? Göz yaşın isladır yerini indi, Oyanıb ağlıyır indi gözlərin. Uşaq tək gözünün altını dəyiş, Yoxluğun yarası dibsiz,dərindi, Gözyaşı doldurmaz ayaq izlərin, Zülmət gecə, gur yağış..inilti...titrəyiş...
·
7 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.