Gönderi

270 syf.
·
Puan vermedi
·
Beğendi
Remark yaradıcılığında möhtəşəm bir xarizma və özünə məxsus bir orijinallıq var. Hər kitabını oxuduqca bu xüsusiyyətlər oxucunun canına incəliklə hopur. Onun yaradıcılığını mükəmməl edən faktorlardan biri də uzun uzadı təsvirlərə yol vermədən insanı çox düşünməyə, mahiyyətə varmağa sövq etməsidir. Lissabun gecəsi əsərindən ilk öncə sevginin mahiyyətini təşkil edən təməllərdən ən vacibi olan sədaqəti öyrənirik. Müharibənin, aclığın, arada olan uzaq məsafələrin, xəstəliyin, küskünlüyün, zamanın belə toxuna bilmədiyi sədaqəti öyrənirik. Mühacirlik həyatının çətinliklərini bəlkə də ən gözəl formada ifadə edən kitablardandır Lissabun gecəsi. Kitabın digər gözəl bir yanı da beyinləri qatan həddindən çox personajın olmaması və kitabda olan personajların arasında olan dialoqların çox keyfiyyətli, insana həyata dair nələrsə qatmağıdır. Hadisələrin çox axıcı olması və reallığı tam əks etdirməsi də oxumaqdan aldığımız zövqü daha da artırır.
Lizbon’da Gece
Lizbon’da GeceErich Maria Remarque · Güven Basımevi · 1953130 okunma
·
317 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.