Abdulla Şaiq
BİR QURU SALAM Qorxma susmağımdan, ay ürək param, Nəyinə gərəkdi bir quru salam? Verməsəm dağılan deyil ki, dünyan Mən ki həsrətinlə hələki sağam. Gülümsə gözlərin görməsin qəmi, Unut olanları olmamış kimi. Daha mən də yoldan ötən bir yadam Nəyinə gərəkdi bir quru salam? Bir sevgi kəlməsi gizlənəcəksə, Sənə verəcəyim hər salamımda Sevgim gizlənməkdən hey bezəcəksə, Nəyimə gərəkdi bir quru salam…
Abdullah Şaik
Abdullah Şaik
- Bundan sonra harda bir pəriçöhrəni təsvir etsəm, bil ki, o sənsən; nə zaman kuyi-dilbərdən söz açsam - bil ki, bu gün səninlə diz-dizə oturub söhbət etdiyim bu bəxtiyar dəqiqələri yadıma salıb yazmışam: Gərəkdi kim, sala hal əhlini bəlayə fələk, Verir həzar bəla mərdi-mübtəlayə fələk. Əgər ki, bir-birinə mebriban ola iki kəs Salar bəlavü qəmü firqəti araya fələk...
Reklam
Yaxşı ki...
Bəlkə eyni şeirdə ölmüşük ikimiz də? Hə? Yox. Mən şeir oxumuram. Şair də deyiləm heç. Üç beş cümlə yan-yana Beş on səhifə. Nə də ki sən şeir sevmirsən.
Qadınları anlamaq yox, sevmək gərəkdi.
Sevgi
Sevmək əzabdımı? bilmirəm nəsə, Bir onu bilirəm sevgi ürəkdi. Vallah yer üzündə bütün hər kəsə, Bir ömür boyunca sevgi gərəkdi. Habil Yaşar Facebook: Habil Yashar Yazar İnstagram: habil.yashar.yazar.official Youtube: Habil Yashar Yazar habilyasharhy@gmail.com
Quba.
Quba, necə gözəl təbiətin var, Bir rəssam gərəkdi əlində fırça. Çəkə şəklimizi qoşa o rəngkar, Belə ki gözümdən axa Afurca. Axa gözlərimdən heyrət yaşıtək, Əriyə könlümün donmuş sevinci. İlk bahar axşamı açan hər çiçək, Ətrini yetirə mənə birinci. Göy otlar üstündə bihuş bədənim, Dincələ dünyanın keşməkeşindən. Gecələr köçürə gözlərim mənim, Hər ulduz qəlbinə öz atəşindən. Ağaclar üstümə sala kölgəsin, Büsatım qurula yaşıl sarayda. Sərin meh oxuyub vüsal nəğməsin, Yuya kədərimi Vəlvələçayda. Dağların başından süzülən duman, Çıxara ağlımı başımdan mənim. Məğrur bir qartalı süzüb kənardan, Azad yaşamağı bəlkə öyrənim...
Reklam
74 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.