Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
600 syf.
10/10 puan verdi
Güclü qadın obrazı Ceyn Eyr.
Oxuduğum ən gözəl klassiklərdən biri. Güclü, əzmkar, kübar qadın obrazı Ceyn Eyr♡ 600 səhifəlik bir möhtəşəm kitabın hər səhifəsini yaşadım, hər sətirinə gülümsədim. Sevgi kitabıdır demək doğru deyil. Çünki bu kitab da həm dram, həm qorxu, həm sevinc, həm də sevgi var. Hadisələr o qədər gözəl qələmə alınıbdır ki, təxəyyülüm də həmin hadisələri mən də yaşayırdım. Yazıçının oxuyuca müraciətini isə çox sevdim, kitab sanki mənlə danışırdı :) Kitabın əsl məğzi məncə kişilərin qadınlardan üstün olmadığını, zahiri görünüşün heçbir zaman önəmli olmadığını, kədərli olduğunuz zamanlarda "mütləq xoşbəxt görünməliyik" kimi rollara ehtiyac olmadığını, duyğularınızı gizləməyib açığa qovuşdurduğunuz zaman heç bir şey itirmədiyinizi oxucuya çatdırmaqdır. Kitabın süjet xətti Ceyn Eyr adlı bir qız atasız, anasız qaldıqdan sonra dayısı arvadı və onun 3 uşağının yaşadığı evə sığıntı olaraq yerləşir. Bir müddət sonra yatılı məktəbə gedərək özünü təkmilləşdirir və müəllim olur. Məktəbdən sıxılınca özünə daha yaxşı bir iş axtarır və bir malikanədə kiçik bir qıza dərs vermək üzrə mürəbbiyə'liyə başlayır. Malikanənin sahibinə aşiq olur və hər şey burada başlayır... Hər insanın( əsasən də qızların) oxumalı olduğu bir kitabdır məncə. İndidən oxuyan hər kəsə xoş mütaliələr:) Kitabı bir müddət sonra yenidən oxumaq istəyirəm ancaq bu dəfə türk dilin də oxuyacam.
Ceyn Eyr
Ceyn EyrCharlotte Brontë · Qanun Nəşriyyatı və Əli və Nino Nəşriyyatı · 201331,1bin okunma