Söyüdləri oxşayaydım əlimlə,
Sevinəydim çəmənimlə, çölümlə.
Durnaları əyləyəydim dilimlə,
Arzularım qönçəsindən çıxaydı,
Saçlarıma yaz yağışı yağaydı.
Çəkiləydi göy üzündən duman, çən,
Yollar çiçək bitirəydi dizəcən.
Gül ətrindən məst olaydı yol keçən,
Arzularım qönçəsindən çıxaydı,
Saçlarıma yaz yağışı yağaydı.