Sun Tzunun "Hərb sənəti" traktatı 25 əsrdən artıq bir müddətdə böyük siyasətçilər və sərkərdələrin stolüstü kitabı olub, müasir dövrümüzdə isə müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət konteksində oxunur və tətbiq edilir.
Sual verə bilərsiniz ki, qədim dünyanın müharibə texnikasına, strategiyalarına və texnologiyalarına istinad edən əsər niyə bu gün hələ də oxunmaqdadır?
Cavab sadədir: çünki əsərin ruhu müasir dövr ssenarilərinə də uyğun gəlir, burda nəinki hərb nəzəriyyəçisi Sun Tzunun strategiyaları və məsləhətləri, eləcə də adi insan münasibətlərində yaşayış uğrunda mübarizə və uğura yetişməyin yolları çatdırılmışdır.
43 səhifəlik bu kiçikhəcmli traktatı oxuduqdan sonra ən yaxşı hərb filmi barədə kiçik araşdırma etdim. Red Cliff (2008) Cənubi Koreya istehsalı savaş filminə rastladım. Bizim dildə filmin adı səhv etmirəmsə, "Qırmızı qaya yaxınlığında döyüş" adlanır. Bundan başqa yenə Koreya istehsalı "Taktikler savaşı" ve "Admiral" filmləri var.