Günay Xankişiyeva

Günay Xankişiyeva
@gunception
Bizim nəslin taleyinə böyük müharibə, yaxud böyük depresiya düşməyib, ona görə biz özümüz müharibə elan etməliyik və bu mənəvi müharibə olacaq. Bu mədəniyyətə qarşı yönələn inqilaba başlayacağıq. Bizim böyük depresiyamız - bu bizim mövcudluğumuzdur. Bu, ruhun depresiyasıdır.
Sayfa 198Kitabı okudu
Reklam
Bütün bu oğlanlar, bütün bu qızlar öz həyatlarını nəyə görəsə qurban vermək istəyir. Reklam onları heç nəyə gərək olmayan bəzək-düzək və maşın almağa məcbur edir. Nəsillərdən nəsillərə insanlar mənfur adamlara ona görə işləyir ki, özlərinə lazım olmayan şeyləri almaq imkanı olsun.
Sayfa 197Kitabı okudu
Hər kəsin həyatında onu buraxmaq istəməyən və onun buraxmaq istəmədiyi bir kəs var.
Sayfa 330Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Sənə vurulan qadın səni ilhamlandıra bilər, yaradıcı nəfəsini açar, səni cuşa gətirər, yaratmaq, qurmaq istəyərsən. Səni elə bir ruh yüksəkliyinə qaldırar ki, özünü gümrah, xoşbəxt, hər şeyə qadir hiss edərsən. Qadına, sadəcə, sevgi lazımdı. O, sevgi istəyir.
Digər fərq qadının kişiyə nisbətən daha dərin hislər yaşamaq bacarığıdı. Kişi sevgisi qadınla müqayisədə daha çox fiziki tələbata yaxındı. Qadın sevgisi daha yüksək, daha dərindir. Qadın sevgisi ruhsaldı, zəngindi. Kişi bütün dünyanı əlinə alsa da yetinməz. Qadınsa bircə kişiylə çox mutlu və tox ola bilər, yetinər.
Reklam
Kişiylə qadının gerçək fərqini izah elə, lütfən. Birincisi odur ki, kişidən fərqli olaraq qadın dünyaya insan gətirir. Bu məsələdə kişi donordu və donorluğu da onun qadın üzərində dominantlıq eləməsinə şərait yaradıb. Kişinin natamamlıq kompleksi bunda özünü göstərir: O, hər an önəmli olduğunu sübut etməyə çalışır, özünü və bütün dünyanı aldadır. Kişi daha üstün olduğunu göstərə bilmək üçün əsrlərcə qadın istedadını, dühasını, bacarığını batırmağa çalışıb. Hamiləlik dönəmində - doqquz ay, qadının zəifləməsi, qayğıya və dəstəyə ehtiyacının olması kişiyə estafeti əlinə almağa imkan verib.
Zərdüştün müqəddiməsi
Bəli, insan dediyin murdar bir lehmədir. Gərək necə nəhayətsiz bir ümman olasan ki, öz suyunu bulandırmadan bu lehməni ağuşuna ala biləsən.
"Allahın bu ayaqyalın uşağı da istəmədi ki, onu sevindirim: hiss edirdim ki, məndə nəsə qorxunc yad bir şey var ki, onlara qaynayıb-qarışmağıma mane olur və bu qədər camaatın içində suyun üzündəki yağ damcısı kimi təkcənə üzürdüm."
"Nə vaxtsa özünü tapmış adam bir daha bu dünyada heç nə itirməyəcək və nə vaxtsa içindəki insanı anlayan adam bütün insanları anlayacaq."
Sayfa 113Kitabı okudu
Yox, Liza, gərək əvvəlcə özün yaşamağı öyrənəsən, sonra başqalarını günahlandırasan!
Reklam
Qarışqalar öz yuvalarında yaşayıb öz yuvalarında da ölürlər və bu da onlara başucalığı gətirir. Amma insan kəmağıldır, o, şahmat oyunçusu kimi qalibiyyətli yox, oyunun özünü sevir. Kim bilir, bəlkə də, bəşəriyyətin məqsədi məqsədin özü deyil, elə məqsədə doğru can atmaq, irəliləməkdir, məqsəd iki vur ikidir, iki vur iki isə həyat deyil cənablar, ölümün başlanğıcıdır. Ən azından, insan həmişə iki vur ikidən qorxub, indi mən də qorxuram. Tutaq ki, insan bütün ömrü boyu bu iki vur ilini axtarır, ömrünü buna həsr edir, okeanları keçir, amma tapmağa qorxur. Çünki tapsa, daha axtarmalı bir şey olmayacağını bilir. İşçilər işləyib pullarını alacaqlar, sonra da meyxanaya gedəcəklər, bəs, insan hara gedəcək? Ona görə də, insan həqiqi məqsədinə çatmaq istəmir, bir sözlə, insan gülünc varlıqdır.
Bəs, sivilizasiya insanda hansı dəyişikliklər edə bildi? Sivilizasiya ancaq insanın hissiyatını şaxələndirir- başqa heç nə. İnsana bu çoxşaxəlikdən ağlını itirib, hətta qan tökməkdən də həzz ala bilər.
-Villi, həyat onu münaqişələrə, küsmələrə, söz-söhbətlərə, mənasız işlərə sərf etməyəcək qədər qısadır. Mənim kimi birinin yerində olsan, bunu lap yaxşı anlayarsan. Sağlam insanlar hayata bitməz-tükənməz bir dəniz kimi baxırlar. Ancaq o, həqiqətdə bir kölgə, bəzən də ötəri bir bulud kimidir. Bir anın içində çəkilib gedər. İnsanın vaxtı, həqiqətən də, çox azdır. Yaxınlarına vaxt ayır. Bir gün gələr, ayılarsan ki, yanında heç bir kəs qalmamışdır.
Sayfa 292Kitabı okudu
-Bilirsən, Sara, aciz insan o kəsdir ki, onu sevən biri olmaya, ondan da aciz o kəsdir ki, onu sevən biri ola və onu itirə...
Sayfa 280Kitabı okudu
Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət isə rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir.
Sayfa 272Kitabı okudu
53 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.