Venera planeti hər səkkiz ildən bir göy sferasının böyük çevrəsi üzrə hərəkət edərkən mütləq düzgün pentakl cızır. Qədim insanlar bu hadisəni qeydə alaraq o qədər heyrətlənmişlər ki, Venera və onun cızdığı pentaklı kamilliyin, gözəlliyin və seksual məhəbbətin rəmzləri hesab etmişdilər. Bu hadisəni bayram etmək üçün, qədim yunanlar Olimpiada oyunlarını hər səkkiz ildən bir keçirərmişlər. Bu gün çox az adam bilir ki, müasir olimpiadalar Veneranın yarım tsiklinə uyğun gəlir. Daha az adam bilir ki, beşguşəli ulduzu az qala Olimpiada oyunlarının rəmzi kimi təsdiq edəcəkdilər, amma son anda onu dəyişdilər: beşguşəli ulduzu beş halqa ilə əvəz etdilər. Təşkilatçıların fikrincə bu, oyunların harmoniyasını və iştrirakçıların ruhunu daha yaxşı əks etdirir.
Daş çaya düşəndə təsiri çox bilinmir. Suyun üzü azca aralanır, dalgalanır. Aşkar-gizli bir cür səs çıxır, axıntının ortasında belə eşidilmir, ugultuda itir.. Amma birdə eyni daş gölə düşsün.. Təsiri daha çox, davamlı, sarsıdıcı olur.. O daş var ha, o daş durgun suları belə təlatümə gətirir. Daşın suya dəydiyi əvvəlcə bir halqa peyda olur, halqa tumurcuqlanır, o tumurcuqlar hey açılıb, pardaqlanır, ta ki ən sonuncu həlqə sahilə çırpılıb yox olanadək həlqələrdən həlqə yaranır.. Nəhr qarışıqlıga, dəlisov axına vərdiş edib. Buna görə də çaglamaq üçün bəhanə axtarır, ya da ki sürətli yaşayır, tez daşır.. Atılan daşı qəbul eləyir, mənimsəyir, sındırır, sonrada asanlıqla unudur.. Qarışıqlıq nə də olsa onun təbiətində var.. Di gəl göl belə qəfil dalgalanmaga hazır deyil. Təkcə bir daş yetər ki, onu alt-üst eləsin, lap dibindən sarsıtsın. Göl daşla görüşəndən sonra bir daha qətiyyən əvvəlki kimi olmur, ola da bilməz..