Bəzilərinizin çoxdandır gözlədiyi və elə həmin insanlar üçün maraqlı hesab etdiyim bir məsələni sizinlə bölüşmək istəyirəm. İkinci kitabım bu yay işıq üzü görəcək.
“Halqa” HalqaHalqa barədə ədəbiyyatçı Pərvin Hüseynovanın fikirləri: 2-3 gün əvvəl Facebook dostum, əvvəllər skeptik yanaşdığım bir gənc yazıçının kitabını aldım. Arxasındakı qısa paraqrafdan elə
Reklam
"Halqa"
Gənclərdən biri cəsarətli və təşəbbüskar davranaraq "Halqa"nı böyük kitab teleqram kanallarına yayıb. İstəyirəm, bu yayılma davam etsin. Mənim heç bir maddi gəlir götürmək arzum yoxdur. Elektron versiyası da internetdə var. Götürün, yayın. Sizə söz, daha ciddi əsərlər yazacam. Bu, kiçik başlanğıc idi. Axı necəsə və haradansa başlamalı idik. HalqaHalqa
"Halqa"da bir hissə var. Onu ayrıca çap etdirmək istəyirdim, son anda dostlar dedilər, "Halqa"da qalsın, kitabı daha maraqlı edər. Əlqərəz, siyasətə qarışmayan, bütün günü dostları ilə əylənmək və içməklə keçən gənc bir gün səhər gözünü açıb özünü polis formasında görür. Əvvəl elə bilir, kimsə onunla zarafat edib. Amma başına pərçimlənmiş şapkanı, əyninə kleylənmiş formanı çıxara bilməyincə vəziyyət ciddiləşir. Ha didişdirir, çıxara bilmir. Axırda heydən düşür. İstəyir, kibrit vurub formanı yandırsın. Spirt və kibriti götürən dəm telefonuna zəng gəlir. Rəis gecikdiyinə görə onu danlayır, təcili şöbəyə gəlməsini əmr edir. Təslim olur və yeməyini yeyib evdən çıxır. Amma kibriti də götürməyi unutmur. Beləcə bütün günü polis kimi keçir. Oxucu isə gücün insanı necə vəhşiləşdirdiyini günün sonunda görür. Həmin hissənin ideyası budur: Güc vəhşiləşdirir, mütləq güc isə mütləq vəhşiləşdirir. HalqaHalqa
Doğulub boya-başa çatdığım Kürdəmirdə bir neçə müəllim "Halqa"nı sinifdənxaric oxu vəsaiti kimi şagirdlərinə oxutdurur. Məni yetkin və hər şeydən az-çox xəbərdar adamların yox, məhz gənclərin oxuması sevindirir. Ümidvaram, elə həmin gənclər azad cəmiyyətin qurulmasını yüz il sonraya saxlamazlar. HalqaHalqa
"Halqa"nın türkcəyə tərcüməsi başa çatmaqdadır. Türkcə mətnlər üzərində təcrübəsi olmuş və bu işi səliqəli görə biləcək redaktor axtarırıq.
1000Kitap
Reklam
Reklam