Yazıçının ilk qələm təcrübəsi olan "Halqa" əsəri maraqlı süjet xətti ilə diqqətimi cəlb etdi. Əsərdə duyğular, daxili sarsıntılar məharətlə təsvir olunub. Diqqətimi cəlb edən isə mistik qüvvələr və sürrealizm motivləri idi. Məsələn, əsəri oxuyarkən ağ kağızın çevrilib göyərçinə çevrilməsi hissəsi gözümüb önündə canlandı. Xeyir və Şərin mübarizəsi, xəyali olsa da xeyirin qələbə qazanması oxucunu ümidləndirir. Onu da qeyd etmək istəyirəm ki, yazıçı öz prototipini yaradıb. Bunu Tağı obrazında görə bilərik.
Sonda qeyd etmək istəyirəm ki, əsərin müsbət tərəfləri çox olsa da, mənfi tərəfi ondan ibarətdir ki, obrazların dili çox bayağı idi. Buna baxmayaraq, yazıçının cəsarətinə görə ona təşəkkür edirəm.