Mən torpağını hələ də niyə itirdiyini bilməyənlərdənəm
Ərəb dilində bir söz qanmadan, Quran oxuyanlardan
Zərdüştün adını bilmədən, oddan tullananlardan
Qızın Atasından qızın öz hərisi alanlardan...
***
Mavi və natəmiz danışan adamların müasir sayıldığı
Tanrı adının araq süfrələrində tez-tez çəkildiyi
Va şeirin ancaq qafiyədən ibarət olduğu şəhərdənəm
Man bu şəhərdənəm,
Siz hardansız, bilmirəm!..