Seriyasının ən qalın, sarsıcı kitabı. Əsərin qalınlığına aldanmayın. O qədər axıcı idi ki, əlimdən yerə qoya bilmirdim.
Burada Voldemort'un qayıdışı ilə yeni bir mübarizə başlayır. Harry isə Hogwartda V sinifdə və 15 yaşındadır. Yeniyetməlik dövrünün üsyanları, problemləri burada özünü çox gözəl göstərir. Filmdə buna o qədər toxulmasa da, kitabda dərin işlənir. Həmçinin, burada Luna ilə tanış oluruq. Çox gözəl, fərqli bir obrazdı. Mən çox sevmişdim. Dolores isə duyğusuz, hətta cani müəllimlərin tipik obrazı idi. Əsərdə gənclərin birgəliyi, mübarizə aparmaq üçün çalışmaları möhtəşəm idi. Burada ilk dəfə Snape'in keçmişini də görürük. Və təbii ki, Patiayak... Onun yaşadığı mənəvi böhran, amma buna rəğmən Harry'in yanında olması və sonda...
Mənim üçün yenə sarsıcı bir kitab oldu. Filmdə toxunulmayan bir çox məsələlər kitabda geniş şəkildə yerini almışdı. Lakin film də çox gözəl idi
İndi də bir neçə detay
Severus Snape'ə həyat verən Alan Rickman sonunu bilən tək obraz idi. Yaratdığı obrazı hərtərəfli tanımaq istəyirdi və bu ona güc verirdi. Xərçəng xəstəsi idi. 5-ci bölüm çəkiləndə isə xəstəliyi irəliləmişdi, amma buna baxmayaraq davam etməyə qərar verdi. Luna obrazını canlandıran aktrisa isə geyimini, görünüşünü özü hazırlayırdı