“Eğer duygularınız geçen Nisan'daki gibiyse, hemen söyleyin. Benim duygu ve dileklerim değişmedi. Ama ağzınızdan çıkacak tek bir kelime bile beni ebediyen susturur..."
Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Ramiz Rövşən
Biz bir adamı sevdiyimizi düşünürük və eyni zamanda bu sevdiyimiz adamın heç bir özəl qərarına, seçiminə, istəyinə sayğı göstərmirik. Eqomuz imkan vermir. Biz onun həyatında "hər şey" olmaq "ən önəmli" olmaq istədikcə onu həyatı, rahatlığı, dincliyi, əyləncəsi, stimulu, dəyişikliyi, yenilənməsi üçün vacib olan hər şeydən ayırırıq. Nəticədə onun həyatında gerçəkdən də bizdən başqa heç nə qalmır. Bütünlüklə boş olur.
Həvəssizləşir. Biz onun həyat eşqini söndürürük.
Biz onun özünü söndürürük.
SEVGİ BU CÜR OLMUR! BU HEÇ BİR HALDA SEVGİ DEYİL. BU, EQONUN SAHİBKARLIQ HİSSİDİ!
İki insan bir yerdədisə "mən" "sən" anlayışı itir və "biz" anlayışı yaranır.
"Biz" nadir fenomendi. Hər dəqiqə ola bilməz. Ancaq günün 24 saatını "biz" olmaq səfehlikdi. Sənin "mən"in itdisə "biz"in kimə lazımdı? "Sən" yoxdusa "biz" necə ola bilər? Kimə lazımdı "sən"siz "biz"?
Sizin birləşməniz hərdən baş verirsə, müəyyən məqamlarda, zamanlarda bir-birinizə qarışırsızsa bu an yaranan "biz" fenomeni əvəzsizdi, heyrətamizdi.