Olsa şərab, mütrüb, bir gözəl canan,
Bir axar su olsa, bir də gülüstan.
Bu əsl cənnətdir, cəhənnəm sözü,
Boş sözdür, inanma ona heç zaman.
Fikrimcə bu rübai Ömər Xəyyam haqqında çox söz deyir. Az dostu olan, insanlarla işi olmayan, təbiəti, şərabı, gözəlləri, gözəlliyi sevən bir insan olub Ömər. Hər nə qədər öz rübailərində meydən çox söz açsa da, israrla "mən içirəm, sən də iç" desə də, əyyaş olmayıb. Əgər kiməsə bir yanlışım olmayıbsa, mən o dünyada qıldan körpüdən sərxoş ikən gözü yumulu da keçərəm zehnində olub.
Rübailərinin bir çoxunu bəyəndim, təkrar-təkrar oxuyub feyziyab olmaq olar. Sadəcə, mey barədə çox yazdığını düşünürəm, bir vaxtdan sonra təkrarçılıq kimi olur.