Həcər Feyzada

Həcər Feyzada
Kim yaratmırsa, dağıtmalıdır.
64 okur puanı
Haziran 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
8/10
·80 syf.··
2024 2. kitabı
Lev Tolstoy "Şeytan" Əsərin baş qəhrəmanı Yevgeni hüquq təhsili almış, parlaq gələcəyi olacaq bir gəncdir. Ailəsi onu yetərincə tərbiyəli böyütmüş, hər cür imkanı yaratmışdır. Lakin
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,491 okunma
9/10
·46 syf.··
2023 25. kitabı
Bir - birindən fərqli 20 azərbaycanlı qadın və onları birləşdirən əzmləri, cəsurluq və inamları. Ötən əsrlərin ən igid qadınları, öz dediklərini edən və öz arzularının arxasınca gedən qəhraman qadınlar! Həqiqətən də fəxr olunacaq qadınlarımız var!
Cəsur QızlarKolektif · Bakı, Alatoran Yayınları · 201912 okunma
8/10
·112 syf.··
2023 15. kitabı
·
20 saatte okudu
·
Okunma: 31 Mayıs 2023 14:36
Lev Tolstoy - İvan İliçin Ölümü Tolstoy ilə ilk tanışlığımı məhz bu kitabdan başladım. Fikirlərimin qarışıq olduğu həmin anda mənə çox doğma gəldi bu kitab.
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar Nəşriyyatı · 201960,9bin okunma
9/10
·510 syf.··
2023 12. kitabı
·
44 günde okudu
·
Okunma: 17 Mayıs 2023 15:20
Emma - mənim keçən dövrə aid sevgimi çoşduran, xüsusilə də İngiltərə tarix və mədəniyyətini bir daha sevdirən həmin əsər. Əsərin baş qəhrəmanı - Emma'nən hər şeyi var: onu sevən atası, mal-mülkü, cəmiyyət içərisində məşhurluğu, gözəlliyi və iti ağlı - sadəcə həyat yoldaşı yoxdur. Amma o tələsmir, əksinə öz rəfiqələrinin və tanışlarının şəxsi həyatı ilə maraqlanır. Bəs öz həyatı? Kitaba ilk başlayanda əsas qəhrəmanı heç sevməmişdim. Davranışları və düşüncələri mənim təsəvvürümə zidd idi. Rəfiqəsinin həyatına müdaxiləsi, əsassız fikirləri insanı "həqiqətənmi iti ağlı var?" sualı üzbəüz qoyurdu. Amma kitabın ortalarına doğru onun dəyişdiyini, təkcə düşüncələrini yox, əsaslı mülahizələrinin də dəyişdiyini gördüm. Böyüyürdü, onun böyüməsi ilə bərabər müşahidə bacarığı da böyüyürdü. Sonradan sevdiyim cəhətlərinin biri də öz səhvini anlayıb, qəbul etməsi oldu. Kitabın sonu heç gözləmədiyim şəkildə bitdi. O qədər həyəcanla oxuyurdum ki anlamaq üçün bəzən bir hissəni dəfələrlə oxumalı olurdum. Kitab mənə çox şey bəxş etdi, əsas da adi bir sözün insanda necə ümidlər yaratdığını və səhv addımların ideal münasibətləri poza biləcəyinə bir daha şahid oldum. Məncə bu tip romanları sevən insanlar üçün əla seçimdir Yazıçıya gəldikdə isə qələmi axıcı və anlaşılan idi. Digər əsərlərini də oxumağı düşünürəm. (Əsas da "Qürur və Qərəz"i) 9/10
EmmaJane Austen · Can Yayınları · 201814,1bin okunma
Həqiqi Möcüzə
9/10
·360 syf.··
2023 9. kitabı
·
4 saatte okudu
·
Okunma: 19 Nisan 2023 20:20
Kitabın filmini haradasa 4-5 il bundan əvvəl izləmişdim deyə, mövzu o qədər də yad deyildi. Amma oxuduqca yenidən-yenidən o an filmə baxdığım hissləri keçirdim. O zamanki və bu günki fikirlərim elə də dəyişməyib. Buna çox sevinirəm! Hər birimizin yaşamaq hüququmuz var. Cinsindən, maraq dairəsindən, görünüşündən və problemlərindən asılı olmayaraq, hər kəsin. Avqust da belə biridir. O da bizdən biridir. Bizim kimidir. Kitaba başlayanda ilk cümlələrdə yazılmışdı ki, mənim hamı kimi adi olduğumu ancaq özüm başa düşürəm. Amma biz hamımız başa düşməliyik. Kitabın hər bölməsini oxuduqca haldan-hala düşürdüm. Həqiqətən, dərin idi. Yeniyetmələr üçün olmasına baxmayaraq, hər kəsin ən azı 1 dəfə oxumalı olduğu kitablardandır. 9/10
MöcüzəR. J. Palacio · 3 alma · 201415,5bin okunma