Hər şey sənindir, ey qafil insan!
Gülgün şəfəqlər, rəngin çiçəklər.
Hər şey sənindir, ey cahil insan!
Parlaq günəşlər, dilbər mələklər.
Yalnız sənin, yalnız sənin hər dürlü nemət;
Gənclik, gözəllik, eşqü ülfət, hər səadət.
Sür daima zevqü səfa, fevt etmə fürsət,
Bir gün gəlir, əsla səmər verməz nədamət.
Beş günlük ömrün röyayə bənzər,
Dal eyşü-nuşə, hiç gəlmə huşə.
Daim gül, əylən, olma mükəddər,
İç badə, həp gəl cuşü xüruşə.
Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım,
Bir gün gəlir, əldən çıqar zevqi-xərabat.
Al nəşə hər şeydən, əvət, qəflət nə lazım,
Bir gün gəlir, əldən düşər peymanə heyhat!..