Gecənin əsiri

Adsız hiss

1
29
12
__İki insanın bir-birini anlaması eşqə aiddir mi səncə ? __ Bəli, aiddir amma tam olaraq biz deyə bilmərik ki, "o məni anlayır məncə, biz onunla bir ömür keçirdə bilərik. İnsanların ən çox etdiyi xəta budur. "Sanmaq". Tanrı insanları , piano və not kimi yaradıb. Maraqlı olan odur ki, piano dilləri ilə istənilən tərzdə ifa etmək olar. Notsuz, eşitmədən, duymadan nə çaldığını bilmədən ağlına gələni ifa etmək. Bu yorucu, bezdirici, anlamsız və mənasızdır. Doğru notlar birləşdikdə isə, ərsəyə əsrarəngiz bir əsər gəlir. Doğru insanlar bir-birini tapdıqda, dünya hər iki insan üçün sanki cənnət olur. Birlikdə əylənirlər, danışmadan belə anlaşırlar. Bir-birlərini yarğılamadan səhvlərini danışıb aralarında həll edirlər. Ən əsası birlikdə gülməyi bacarırlar...Digər hal isə, iki insanın məhvi deməkdir. O insanlar heç vaxt xoşbəxt ola bilmir. Gec olmadan bunun fərqinə varmalı və yollarını ayırmalıdılar...Yoxsa bu dünyada cəhənnəmi yox arafı yaşayacaqlar. Tam ortada nə cənnət nə də cəhənnəm. Qərarsızlıq içində vaxtlarını boş yerə sərf edəcəklər.... - Anar, sən gəldin. oğlum? - mətbəxdən Türkan çöl qapıya doğru səsləndi. - Mənəm, ana. Vespera yağışlı gündə geyindiyi və bütün palçıq olan çəkməsini çıxarıb, bir kənara, yumaq üçün qoydu. - Hə, gəl, qızım. Qardaşını çörək almağa göndərmişdim. Deyirəm axı bu tezliyində gəlməz. İnanırsan, çox narahatam onun dərslərindən. - Narahat olma, son ilidir ona görə də, üzərində məsuliyyəti çoxdur və çox çalışır, ana. Sınaqlara gedəcək və gözlədiyimiz nəticəni ümid edirəm ki, göstərəcək. -Ehh, qızım. Atan dünyasını dəyişəndən sonra tək ümidim sizsiniz. Sən universitetə daxil oldun rahatam. Qardaşın isə...bilmirəm. Axı, mənim tək dayağım odur. O, mənim oğlumdur. Anasının bu sözü, onun xoşuna gəlmədi ancaq heçnə də demədi və sakitcə otağına keçdi.Ağlındakı düşüncələrə dalaraq, kürəyi üstə uzandı və tavana baxaraq hər zamankı kimi iç səsi ilə danışmağa başladı. Əfsus ki, bizim qadınların problemi oğlanlarına qızlardan daha çox qiymət verməsidir. Bəzi qadınlar var ki, hamilə olduğunu öyrəndiyi andan etibarən "oğul" arzusunda olur. Uşağın cinsiyyətinin "qız" olduğunu öyrəndikdə isə məyus olurlar. Axı, niyə? Hətta belə bir deyim var. "Oğlan yoxsa, qız?" Mənası isə oğlan deyilərsə yaxşı xəbərdir, qız deyilərsə pis. 21-ci əsrə gəlmişik hələ də, qız - oğlan ayrımı edirlər. Amma mən bir qızım olmasını çox istərdim. Sarışın, qıvırcıq, öz gözümün rəngli olmamasına baxmayaraq, qızımın rəngli göz olmasını istərdim. Qız övladı valideynlərini onların düşündüklərindən daha çox düşünür, qayğılarına qalır. Yaşlandıqdan sonra mənə qayğı göstərsin deyə demirəm bunu. Sadəcə onların daha vəfalı olduğunu düşünürəm. Ümumiyyətlə, heç bir uşaq bu dünyanı istəyib gəlmir. Şanslı uşaqlar sevgidən yaranıb və bu dünyada sevgi ilə böyüyəcək. Yanlarında ona dəstək olacaq sevgi dolu ailəsi olacaq. Lakin, hal hazırki yaşamımızda sevgisiz böyüyən uşaqlar daha çoxdur. Səbəb nədir ? Səbəb bizim mentalitetimizdir. Ya da mentalitet adı altında gəncləri sıxışdırmaq. Sanki həyatımız "camaat nə deyər " adı altında yaranıb. Qızlarımızın qısıtlı həyat yaşaması, istədiyi insanla ailə həyatı qura bilməməsi çox dəhşətdir. Bunun əvəzində isə ailənin "məsləhət" gördüyü oğlanla ailə qurmasını istəyirlər. Hətta, tələb edirlər. Düşün, hər gün sevmədiyin insanla səhərini açırsan. Məcbur onun toxunuşlarına razı olursan. Axı, sevgidə məcburiyyət olmamalıdır. İnsan ruhən və bədənən istədiyi insanın yanında olmalıdır. Evliliklərindən üç ay keçdikdən sonra əgər, qadın hamilə qalmadısa, artıq ailə təşvişə düşür ki - bəs, qızda problem var həkimə aparmaq lazımdır. Ailələrin təzyiqi ilə yaranmış evlilik bəs deyilmiş kimi , məcburiyyətdən eyni evdə qalan iki insan bir-birini tanımamış, uşaq da dünyaya gətirir. Sadəcə dəhşətdir. Kişi də isə situasiyə daha fərqlidir. Bəlkə də, oğlanın da sevdiyi insan var idi amma o da ailəsinin ən çox da anasının təzyiqlərindən bezib "anama gəlin alım evə atım, sonra öz həyatımı yaşayaram da " radəsinə gəlir. Və budur, iki insanın hətta gələcəkdəki uşaqlarının məhv olmasına gətirib çıxaran söz. Hər ikisi də özlüyündə "Bəlkə, uşaq bizi bir-birimizə bağlayar "ailə" olarıq". Əgər, bir sözün əvvəlində "bəlkə" varsa, orada əminlik yoxdur. Əminlik olmayan yerdə sevgi də yoxdur hörmət də yoxdur. Sadəcə absurdluqdur. Qadınların hamiləlik dövründəki həssaslığı, duyğusallığı, kompleksləri, sevgiyə ac olmaları, hər deyilən sözə alınması və kədərlənməsi, bəzən çox deyib güldüyü anda ağlaması qısaca - qadınların hormon dəngəsizliyi olur. Bu 9 ayda onun yanında təbii ki, yoldaşı olmalıdır. Sevməyən kişi, qadın onun uşağını bətnində daşısa belə o qadının keçirdiyi hissləri anlamayacaq və ona qıcıq gələcək. " Yenə başladı da bu " deyəcək içindən. Amma, sevən insan elə olmayacaq. Yoldaşının nazı ilə oynayacaq ona dəstək olacaq. Etdiyi hər ərköyünlük ona xoş gələcək daha çox sevəcək onu. Sevməyən kişi, uşaq dünyaya gəldikdən sonra, öz vəzifə borcunu yetirməyə davam edəcək. Evinə gəlib uşağı ilə vaxt keçirəcək amma qadının saçına sığal çəkməyəcək. Çünki, o da xoşbəxt deyil. Bu evlilikdə iki insanın məcburiyyəti var. Bir zaman sonra kişi içindəki boşluğu doldurmaq üçün ya fahişəyə qaçacaq, ya evdən uzaqlaşacaq, ya da münasibətdən yorulduğu üçün içkiyə, siqaretə başlayacaq. Günü birlik səviyyəsiz münasibətlər, kef məclisi və gün bitti. Eyni monotonluqla həyatı davam edəcək. Dəyişən tək şey isə həyatına aldığı qadınlar olacaq. Qadın isə ona biçilmiş həyatı yaşamaq məcburiyyətində qalacaq - kişi kimi. Lakin o, həyatını uşağına qurban verəcək. Həyatını unudaraq, uşaq xoşbəxt olsun deyə öz yaşamını ona qurban verir. Necə də dəhşətlidir elə deyil mi? Uşağa sevgi vermək ayrıdır lakin, uşağın sevgini görməsi tamam ayrıdır. Ona da ən yaxın olan ata və anasıdır. Onlar bir-birini sevdiklərini göstərməsə uşaq necə sevməyi öyrənər? Necə kimisə sevə bilər? Burada ən çox əziyyət çəkən uşaq olur. Valideynlər anlamırlar ki, xoşbəxt olmayan ailələr, ümidsiz, sevgisiz gənclik deməkdir... Qaranlıq otağa pəncərədən ayın işığı düşür. Ay işığının altında birisi pianoda " Gardel - Por Una Cabeza" ifa edirdi. Bura necə düşdüyümü və musiqini ifa edənin kim olduğunu aydınlaşdırmağa çalışırdım. Bu an sağımda dayanan güzgüdəki əksimə baxdım ; əynimdə qırmızı, dizdən biraz aşağı, yandan yarıqı isə budumun az qala bitiş nöqtəsində idi. Ayağımda qara hündür daban tufli var idi. Saçlarımın sarısı isə ay işığında daha çox parıldayırdı. Az makyajda olmağıma rəğmən qırmızı dodaq boyam makyajı tamamlamışdı. Özümü bəyənən gözlərlə güzgüyə baxdıqdan sonra pəncərənin qarşısında piano ifa edənə tərəf yaxınlaşdım. Üzünü görməsəm belə , cüssəsi mənə tanıdığım insanı xatırlatdı. Birdən ayağa qalxdı bu zaman piano öz-özlüyündə ifa etdi. Bu mümkün olan bir şey deyildi axı. Mən hardayam bu kimdi və piano necə özü-özlüyündə ifa edə bilər. Belimdə yad əlləri hiss etdim. Məni özünə doğru çəkdi sanki, bütünləşdik. Bütün bədənimin qısıldığını hiss etdim. Ahh bu qoxu mənə çox doğmadı...tütün və parfümün qoxusu bu qədər cəzb edici olmamalıdır axı...Niyə hələ də qarşımda qara suiti ilə dayanan adamın üzünə baxmadığıma anlam verə bilmirdim. - Vespera, məni darma - duman etmisən. Bu səs, bu doğmalıq lənət olsun axı kimdir bu. -Səssizliyin məni daha da sənə tərəf çəkir - dedi və məni mahnının ritmi ilə özündən kənara itələyib yenidən özünə tərəf çəkdi bu zaman onunla göz-gözə gəlməyə cəsarət edə bildim. Budur qarşımda gözlərində bütün planetin yaşıllığını toplamış Altay. Necə Altay? Bizim Altay müəllim? Axı , necə ? Mənlə o bu halda? Bu sözlər, bu hiss nədir? . Artıq bir şeylərin səhv getdiyini anlayırdım. Bəlkə də yuxu da idim. Yuxu olmamaması üçün ümid etməyim normal idi mi? - Sən gerçək olmayacaq qədər möhtəşəmsən. - dedi Altay. Vespera sadəcə onun gözünün içinə baxıb, susdu. Mahnının son sədalarında Altay, Vesperanı özünə son dəfə çəkdi. Sol əli açıqda qalan kürəyində, digər əli isə bütün gözəlliyinin altında məsumluğu ilə Altayın gözlərinə baxan Vesperanın üzündə idi. Vespera onun nəfəsini bütün hüceyrələrinə kimi hiss etdi.Hər ikisi də gözlərini qapatmışdı. Altayın dodaqlarından bu kəlimələr töküldü " Kaş bütün ömrümü burada keçirdə bilsəm " deyib Vesperanın dodaqlarında bütün yaşam səbəbini tapdı... Bu zaman Vespera yuxudan dəli kimi oyandı. Saata baxdı saat 00:12 göstərirdi. Telefonda artıq neçə saatdır ki, çalan "Por Una Cabeza" nı söndürdü. Gördüyü yuxunun təsirindən hələ də çıxa bilmirdi. Yuxusundan utanaraq , hamamda əl üzünü yudu. Sanki su yuxuda hiss etdiklərini yuyub apara biləcəkmiş kimi. Axı, o niyə belə bir yuxu gördü? Bugün gördüyü adamın onun yuxusuna gəlməsi və heç vaxt yaşamadığı hissi,arzunu yuxusunda Altay ilə yaşaması çox utancverici idi. Bu fikirləri bir kənara buraxıb, otağına keçdi.Fikrini dağıtmaq üçün random kitab seçti rəfdən.Hansı kitab olduğuna baxdıqda Şekspirin "Romeo və Culyetta" kitabının olduğunu gördü və sakitcə yatağına uzanıb, kitabı vərəqləməyə başladı. Biraz keçmişdi ki telefonuna bildiriş gəldiyi gördü.Vesperanın telefonu hər zaman səssizdə olardı onun üçün o mesajın səsini deyil, telefonun işığının yanıb-söndüyünü gördü və telefonunu siyirtmənin üzərindən alıb, telefonu açdı. Bax, bunu gözləmirdi Vespera...