Hər kəsin bu suala verəcək müxtəlif cavabları var.Eşq illuziya, tutqu , şəhvət , aslılıq bəzən xəstəlikdir deyir insanlar.Hətta eşqi narkotik adlandıranlar da var.İnsanda bağlılıq əmələ gətirir və əsla ayrılmaq istəmir. Mən isə tamam ayrı pəncərədən baxıram.
Hər kəs eşqi daşıyacaq gücə və cəsarətə malik deyil. Çünki , bu hissi heç kəs yalnız başına çəkə bilməz , çəkməyə cəsarəti belə olmaz. İki insana məxsus olan bu hissi xoşlantı ilə qarışdırmamaq lazımdır və eşq deyilən məhfumun ali dərərcəsinə yüksələ bilən insanlar çox azdır. Mənə görə eşq bir sənətdir və hər kəsdə eyni olmur. Necə ki hər bir rəssamın, heykəltaraşın, bəstəkarın , yazar və şairin özünə məxsus bir stili və tərzi var bu eşq üçün də keçərlidir. Hər bir insanın eşq tərzi fərqlidir. Hamıda eyni əsər başa gəlmir, onlar sənətlə məşğul olurlar mütləq ki fərqli olmalıdır. Qıraqdan iki insan yaratdığı əsərə baxsa əgər, qürur duyar. Lakin, sevgi ilə qarışdırmaq olmaz eşqi. Sevgi daha saf hisslər barındırır özündə. Sevgidə mütləq şəkildə bir tərəf digər tərəfdən daha çox sevir. Eşq isə elə deyil. Onlar birlikdə əsər yaratdıqları üçün ağıllarına sevmək gəlmir. Çünki, onlar daha ali hisslərlə maraqlanırlar.Əsər yaradırlar.Belə bir sual ərsəyə gələ bilər. "Bəs bu əsər necə yaranır ?" İki insan bir-birinin daxili dünyasını kəşf edir. Və oradan tapdıqları mücəvhərlərlə əsərlərini gün keçdikcə gözəlləşdirirlər. Elə deyil mi ?
-Hey, Vespera. - deyə dostu səsləndi.
Boğuq baxışları ilə dostunu süzdü. Heç bir söz demədən ağlındakı düşüncələri bir kənara buraxdı , hal - hazırda oxuduğu Franz Kafkanın " Milenaya məktublar " kitabını əlinə aldı və dostuna gülüş atıb sinif otağına keçdilər.
-Bugün təzə rəsm müəllimi gələcək deyirlər.
- Doğurdan ? Heç eşitməmişəm ki - deyə emosiyasız cavab verdi.
- Eşitmədiyinə heç təəccüblənmədim desəm, yalan olmaz. Nə vaxt baxıram kitab oxuyursan ya xəyala dalmısan ya da ki , qulaqcıq taxıb dünya ilə bağlarını qopartmısan.
- Eyy , Aytac ən gözəli də budur. Məni boş ver sən. Ümid edirəm ki, yeni müəllim bizi həyatdan soyudub, qiymətlərimizi kəsməz. - bir "ah" çəkib eynəyini taxdı.
- Belə deyib qorxutma da məni.
- İnsanoğlu qorxu ilə doğulub , qorxu ilə öləcək.
- Ahh , yenə başladın da sən, köhnə kitab yeşiyim. - hər iksi gülüşdülər.
- Bitsəydi bu universitet həyatımız. Bu glamurkaları görməkdən bezdim . Üzlərində 1 ton makyaj, bahalı geyimləri , son model "iphone" ları ilə öyünən axmaqlar.
Elə bu zaman Vespera və Aytacın haqqında danışdıqları üç "dost" gəldi. Mən buna dostluq deməzdim. Sadəcə ortaq cəhətləri var ki,bu da onları birləşdirir. Yaşadıqları dünya ilə bağlı heç bir düşüncədə olmamaqları, atalarının pulları və yersiz egoları. Bu kimi insanların daxili dünyası mənə maraqlıdır əslində. Görəsən həqiqətən mi bu qədər "boş"dular. Yoxsa mənim ön yargım məni yanıldır.
- Gülya, gördün də mənə necə baxdı təzə gələn müəllim. Adını gəlsəydi bircə öyrənərdim. Sosial şəbəkələrdən izləyərdim. 4 ildi bu universitet də oxuyuram. Sonunda özümə uyğun bir yaraşıqlı tapdım. İlk görəndə dedim " Aman tanrım " dedim sanki yunan tanrısıdır ADRA' ya təşrif buyurub. Sonradan Selcan və Rana dedi ki yeni rəsm müəllimimizdir. - Samirə dedi.
- Sima, birinci dərsimiz elə onun dərsidir. Göstər marifətini. - üzündəki arsızlığı görməmək mümkün deyildi.
Bu danışıqları eşidən Vespera, öz-özünə " Yox yanıltmayıb məni ön yargılarım...Hər şey göz qabağındadır. "
Saat 08:55 - i göstərirdi. İçəri uzun boylu, qumral saçlarının bir hissəsi gözlərinə düşsə belə yaşıl gözləri insanı cəlb edəcək dərəcədə parıldayan biri girdi.
Geyindiyi kostyum bütün vücud xəttlərini göz önünə sərirdi. İdmanla məşğul olduğu hər halından məlum idi. Otağa daxil olduğu zaman bütün qrupun aurası dəyişdi. Otağa bir sakitlik çöktü. Səssizliyini pozmadan yerinə əyləşib, heç zaman yanından ayırmadığı laptopunu masaya qoydu. Laptopun üzərindəki Alexandre Cabanelin "Düşmüş mələk" (Fallen angel) əsərinin stickeri Vesperanın diqqətini çəkti. Demək olar ki, laptopun tamamını qaplayırdı. Digər qızlar isə ( grupun hamsı qız idi) müəllimi gözləri ilə yeyirdilər.
__Alexandre Cabanel -Fallen Angel (1847)__
Əndamı ilə ayağa qalxdı və soyuq üz ifadəsi ilə özünü tanıtdı ;
- İlk öncə sizə dərs ilində uğurlar arzulayıram. Bu il son ilinizdir və sizin rəsm müəlliminiz mən olacam. Adım Altaydır. Ümid edirəm, gələcəkdə hər hansı bir problemlərlə üzləşməyəcik. İndi isə sizləri tanımaq istərəm. Hər kəs adını və özü haqqında qısa məlumat versə sevinərəm.
Hər kəs bir-bir adını və özləri haqqında qısa bilgilər verməyə başladı. Altay müəllim isə hamını tək-tək dinləyir və beynində sanki analiz aparırdı tələbələrlə bağlı. Hətta Aytac və Vesperanın deyimi ilə "glamurkalar"ı səbrlə dinlədi. Boş təriflər və egoları hər zamankı kimi insanı bezdirirdi. Sıra Vesperaya çatdı.
-Bəs, sənin adın nədir , xanım qız? - deyə Altay müəllim soruşdu.
-Vespera.
- Vespera?
- Bəli.
Bir neçə saniyəlik səssizlikdən sonra Altay fikrini toplayıb soruşdu.
- Adının mənasını bilirsən ?
- 21 ildi bu adla yaşayıramsa, adımın mənasını bilməməyim günah olar.
-Elə olsun , "axşam ulduzu". - deyə dolğun dodaqlarının altıda incə təbəssüm etdi.
Vespera bir an dayandı. Axı , bu zamana qədər adının mənasını kimsə bilməmişdi. Hətta artıq kimsə adını soruşanda cavab vermək istəmirdi. Beynində "aaa nə maraqlı adın var" , "nə qəribə adın var " , " valideynlərin başqa ad tapmadılar " kimi və s. reaksiyalar canlanırdı. Adını sevirdi. Hər kəsdə olmayan addır. Və Vespera hər kəslikdən uzaq bir qız idi.
- Özün haqqında məlumat vermək istəmirsən? maraqlı gözlərlə "axşam ulduzu" na baxdı.
- Haqqımda danışılmasını sevmirəm , bu özüm olsam belə. - qısa və öz cavab verdi.
- Amma Kafkanı sevirsən.
Vespera anlamaz gözlərlə " siz hardan bilirsiz " baxışını atdı.
Yanına yaxınlaşıb , Vesperanın partasının üstündəki "Milenaya məktublar " kitabını əlinə aldı. Kitabı açmadan dedi : " 'Sən mənimsən , hətta mən səni heç vaxt görməsəm də..' səhifə 68 - şənbə gününün məktubu ". Sonra isə kitabın 68- ci səhifəsini açdı və Vesperanın da həmən cümlənin altından xətt çəkdiyini gördü. Gülümsədi.
Vesperanın onu yaxından izləmə şansı oldu bu arada. Üzünü , əllərini , saçını amma gözlərinə baxmağa cəsarət etmədi amma qoxusu...tərifi mümkünsüz.
-Uşaqlar, hər birinizi tanımaq mənim üçün xoş oldu. Maraqlı insanlar tanıdım bugün burda. - bir anlıq Vesperaya baxdı, sonra isə bütün auditoriyadakı hər kəsi nəzərdən keçirdi.
Altay müəllim hər kəslə tanış olduqdan sonra gələcək dərs haqqında bilgilər paylaşdı, sonra isə siniftən çıxdı. Uzun zaman sonra gecə yatmadan öncə rəsmlər və bitirmədiyi portrelər haqqında deyil də daha real biri haqqında düşünəcəkdir...
Dərs bitti və Altay müəllim sinifdən ayrıldı. Anlıq bütün qızlar bir-birinə baxdı. Qrupun ən səssiz və az danışan qızı Şəbnəm ;
- Az öncə biz nə yaşadıq? Adam bildiyimiz başqa planetdən gəlib bizim qrupa. - təəccüblə dedi.
- Şəbnəmi də danışdırdısa Altay müəllim artıq mən deməyə heç bir söz tapmıram. - deyə Elza, əlindəki qələmi partanın üstünə qoydu.
Qızlar öz aralarında Altay müəllimi müzakirə edərkən, Vespera hələ də Altay müəllimlə arasında keçən dialoqu düşünürdü. Bu düşüncələrlə o universitetin dəhlizinə çıxdı. Pəncərədən çölə baxdı. Altay digər qızlar kimi Vesperanın da diqqətini çəkmişdi. Digərlərindən fərqli olaraq, onun diqqətini səhifəsinə kimi əzbər bilib, kitaba və Kafkaya olan sevgisi çəkmişdi. Anlamadığı bu hiss, onun içində bir boşluq açdı.
- Quzum, fikrə daldın yenə. Nə oldu ? - Aytac, Vesperanın yanına gəldi və başını çiyninə qoydu.
- Heç bir şey. Sadəcə yenə düşünürəm, məni bilirsən. Mən hər zaman düşünürəm...
- Düşüncələr içində boğulmağını istəmirəm...
- Məni boş ver sən. Mən özümü düşünmürəm heç. Sən də düşünmə...
- Həmişə belə edirsən, Vespera. Yaxınına buraxmırsan məni. Mən səninlə hər şeyi paylaşıram. Sən isə ötüşdürürsən hər şeyi.
- Belə daha yaxşıdır.
- Ahh, Vespera həyatı axışına buraxmırsan. Hər şeyi çox düşünürsən...
- Üzərimə çox gəlmə xahiş edirəm.
- Yaxşı. Bugün 2 dərsimizin olmağı çox yaxşı oldu əslində çıxıb gəzərik, kofe içərik.
- Yox, mən bugün evə getmək istəyirəm, yorğun hiss edirəm özümü. Məni üzürlü say...
- Sabah gələcəksənsə, əgər üzürlü sayaram - deyib göz qırpdı.
- Əgər kofelər sənlikdirsə, gəlirəm.
İkinci dərsin başlamağına az qalmışdı. Vespera və Aytac otağa keçməyə hazırlaşırdılar ki , yan sinfin yanında onları diqqətlə izləyən Altay müəllimi gördülər. Altay, gözünü Vesperadan çəkmirdi. Vespera və Aytac bu baxışlara anlam vermədi və sinif otağına keçdilər.
- O niyə elə baxırdı sənə , Vespera ? maraqla soruşdu Aytac.
- Heç bir fikrim yoxdur. Bəlkə də, gözü yol çəkirmiş.
- Gözü yol çəkən, sinifə girənə kimi baxmaz da.
- İnan mənə mənasız gəlir indiki dialoqumuz. Sabah nə danışacıq Da Vinçinin " Mona Liza"sı haqqında. ?
- Mən "YouTube"dən izləyib gəlib danışacam. Araşdırmağa həvəsim yoxdur.
- Danışarıq evə gedəndən sonra.
İkinci dərs bitdikdən sonra, iki dost birlikdə evə getdilər. Metroda isə yollarını ayırdılar. Aytac Həzi Aslanov qatarına , Vespera isə Dərnəgül qatarına mindi. Vespera bugün olan hadisələri və Altay müəllimlə bağlı olan düşüncələrlə birlikdə evinə yola düşdü...